https://doi.org/10.36719/2663-4619/112/8-15
Nüşabə Seyid
ADPU-nun nəzdində
Azərbaycan Dövlət Pedaqoji Kolleci
pedaqogika üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-2228-5655
s_nushaba@yahoo.com
Mehriban Əliyeva: Azərbaycan qadınının əxlaqı və mənəviyyatının
parlaq təmsilçisi
Xülasə
Bu məqalədə müəllif Azərbaycan qadınının tarixi, cəmiyyət və dövlət həyatındakı rolunu və Mehriban Əliyevanın bu sahədəki fəaliyyətini tədqiq edir. Tarixin müxtəlif dövrlərində Azərbaycan qadınları, siyasi, sosial və mədəni sahələrdəki əhəmiyyətli mövqeləri ilə fərqlənmiş, cəmiyyətdəki inkişafda mühüm rol oynamışlar. Məqalədə qadınların həm tarixi şəxsiyyətlər, həm də müasir dövrdəki fəaliyyəti nəzərdən keçirilmişdir. Xüsusilə, XX əsrin sonlarında və XXI əsrdə, Azərbaycanın müstəqillik mübarizəsi və müasir inkişaf dövründə, qadınların şücaəti, qəhrəmanlığı və dövlət həyatına təsiri qeyd olunur. Mehriban Əliyeva, Azərbaycan qadınının ən müasir təcəssümü olaraq, müxtəlif beynəlxalq təşkilatlarda milli mədəniyyətin təbliğində və qadın hüquqlarının müdafiəsində fəal rol oynamışdır. UNESCO və İSEKO-nun Xoşməramlı Səfiri, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva həm Azərbaycan mədəniyyətini dünyada tanıtmış, həm də qadınların ictimai-siyasi həyatdakı iştirakını dəstəkləmişdir. Onun rəhbərliyi altında həyata keçirilən müxtəlif layihələr, cəmiyyətin inkişafına töhfə vermiş, Azərbaycanın beynəlxalq nüfuzunu artırmışdır. Məqalə, həmçinin Mehriban Əliyevanın mədəni irsin qorunması, muğam və xalçaçılığın təbliği sahəsindəki töhfələrini, eləcə də Azərbaycan qadınının tarixi irsə və müasir dövrə verdiyi böyük qatqıları vurğulayır. Mehriban Əliyevanın fəaliyyətləri, Azərbaycan qadınının intellektual potensialı, mənəvi zənginliyi və xalqının milli dəyərlərinin qorunması istiqamətindəki fəaliyyətini dünya miqyasında nümayiş etdirir. Nəticə olaraq, bu məqalə Azərbaycan qadınının cəmiyyətdəki rolunu və Mehriban Əliyevanın bu sahədəki davamlı fəaliyyətinin əhəmiyyətini elmi şəkildə təqdim edir.
Açar sözlər: Azərbaycan qadını, milli mənəviyyat, qadın azadlığı, intibah dövrü, müasir cəmiyyət, mədəni irs, mədəniyyətlərarası dialoq