Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/44/18-21

Xankişi Məmmədov

Azərbaycan Dövlət Pedaqoji Universiteti

texnika üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0006-6978-3084

kankishimamedov_53@mail.ru

Əsbət Teymurova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

https://orcid.org/0009-0002-4094-5108

esmet.abdullayeva@mail.ru

 

“Məişət mədəniyyəti və məişət xidməti”nin tədrisi fəlsəfi-tarixi-etimoloji müstəvidə

 

Xülasə

 

Bu araşdırmada “texnologiya müəllimliyi” ixtisası üzrə bakalavr səviyyəsi üçün hazırda mövcud olan tədris proqramına daxil olan “Məişət mədəniyyəti və məişət xidməti” fənninin tədrisində rast gəlinən və işləkliyi yüksək olan bir sıra terminlər tarixi-etimoloji müstəvidə tədqiqata cəlb edilmişdir. Qeyd edilmişdir ki, hər hansı bir fənn kimi “Məişət mədəniyyəti və məişət xidməti” fənni də müxtəlif termin, anlayış, işarə simvollarla zəngindir: mədəniyyət, mədəniyyətşünaslıq, sivilizasiya, mədəni genezis, artefakt, assimilyasiya, təhsil, tərbiyə, tərəqqi, inkişaf, aksiologiya, əks mədəniyyət, sosiallaşma, submədəniyyət və s. O da vurğulanmışdır ki, hazırda “mədəniyyət” sözü daha geniş məna arealına malik olmaqla maarifçilik, savad, tərbiyə, inkişaf, tərəqqi, hafizə, yaddaş, yaradıcılıq, xalqın canlı taleyi, xalqın həyat tərzi, xalqın estetik baxışlar sistemi, hər hansı fəaliyyətin mənəvi ölçüsü və digər anlamlarda işlənir. Yəni deyəndə ki, filankəs mədəni insandır, bu o deməkdir ki, sözü gedən şəxs savadlıdır, biliklidir, düşüncəlidir, qabiliyyətlidir, dürüstdür, yüksək tərbiyəyə malikdir, bir sözlə xoş ünsiyyətli və xoş niyyətlidir. Lakin insanın savadlı və bilikli olması mədəni olmaq üçün çox vacib şərt olsa da, kifayət deyil. Əbəs yerə deməyiblər ki, “alim olmaq asandı, insan olmaq-çətin”. Bəs insan olmaq, mədəni olmaq necə olar? Bu araşdırmada məhz bu səpkidə olan bir çox terminlərin məna qatlarına aydınlıq gətirilmişdir.

Açar sözlər: texnologiya müəllimliyi, məişət mədəniyyəti, məişət xidməti, mədəniyyət, sivilizasiya, assimilyasiya, tarixi-etimoloji analiz


Baxış: 68