Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/47/216-219

Türkan Mərdanlı

Azərbaycan Dövlət Pedaqoji Universiteti

magistrant

https://orcid.org/0009-0002-4316-4526

merdanliturkan@gmail.com

 

Məktəb direktorlarının fəaliyyətinin qiymətləndirilməsində

istifadə olunan metodlar

 

Xülasə

 

Məktəb direktorlarının fəaliyyətinin qiymətləndirilməsi təhsil sistemində idarəetmənin səmərəliliyinin artırılması, şəffaflığın təmin olunması və peşəkar inkişafın stimullaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Bu məqalədə direktor fəaliyyətinin qiymətləndirilməsində tətbiq olunan əsas metodlar sistemli şəkildə təhlil olunmuş, bununla yanaşı onların üstün və zəif cəhətləri, eləcə də praktik tətbiq imkanları araşdırılmışdır. Tədqiqatın nəticələrinə əsasən, ən geniş yayılmış yanaşmalar sırasına inzibati qiymətləndirmə, özünüqiymətləndirmə, 360 dərəcə qiymətləndirmə, performansa əsaslanan qiymətləndirmə və müşahidə-sənəd analizi daxildir. Bu metodların bəziləri obyektiv göstəricilərə, digərləri isə subyektiv rəy və müşahidələrə əsaslanır. Müasir qiymətləndirmə yanaşmaları direktorların fəaliyyətini sadəcə nəzarət predmetinə çevirməklə kifayətlənmir, eyni zamanda onların özünüinkişaf prosesinin bir hissəsinə çevrilməsini də təşviq edir. Məqalədə həm beynəlxalq təcrübələr, həm də yerli kontekst əsasında direktor fəaliyyətinin qiymətləndirilməsində istifadə olunan metodların tətbiq imkanları və əsas yanaşmalar araşdırılmışdır.

Açar sözlər: məktəb direktoru, qiymətləndirmə, fəaliyyətin qiymətləndirilməsi, məktəb idarəetməsi, metodologiya


Baxış: 52