DOI: https://doi.org/10.36719/2789-6919/45/180-184
Türkan Mərdanlı
Azərbaycan Dövlət Pedaqoji Universiteti
magistrant
https://orcid.org/0009-0002-4316-4526
merdanliturkan@gmail.com
Məktəb idarəetməsində direktorların liderlik tərzinin rolu
Xülasə
Məktəb rəhbərliyinin effektivliyi təhsil sisteminin ümumi keyfiyyətinə birbaşa təsir göstərən əsas amillərdən biri kimi çıxış edir. Bu kontekstdə direktorların idarəetmə prosesində nümayiş etdirdikləri liderlik tərzi yalnız inzibati fəaliyyətlərlə məhdudlaşmır eyni zamanda, məktəbdə formalaşan mədəniyyətə, pedaqoji münasibətlərə və təlim-tərbiyə prosesinin keyfiyyətinə də dərin təsir göstərir. Direktorun liderlik tərzi müəllim heyətinin motivasiyası, əməkdaşlıq ruhu və peşəkar inkişaf meyilləri ilə sıx bağlıdır, bu isə nəticə etibarı ilə şagirdlərin nailiyyətlərinə və məktəbin ümumi performansına əhəmiyyətli dərəcədə təsir edir. Məqalədə liderlik və idarəetmə anlayışları arasındakı əsas fərqlər nəzərdən keçirilir və bu fərqlərin təhsil kontekstində necə təzahür etdiyi izah olunur. Əsasən, transformasional, demokratik, avtoritar və instruksional liderlik modelləri üzərində dayanaraq, onların tətbiq olunduğu hallarda məktəb mühitində müşahidə edilən dəyişikliklər təhlil edilir. Hər bir liderlik modelinin üstünlükləri və məhdudiyyətləri konkret nümunələr və araşdırmalar əsasında şərh olunur. Bundan əlavə, məktəb direktorlarının liderlik tərzinin uyğun seçilməməsinin yarada biləcəyi çətinliklər və bu vəziyyətlərin məktəbin daxili iqliminə mənfi təsiri də müzakirə edilir.
Açar sözlər: Məktəb idarəetməsi, direktor, liderlik tərzi, transformasional liderlik, instruksional liderlik, məktəb mühiti, müəllim motivasiyası, təhsil keyfiyyəti