Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Məktəbdaxili qiymətləndirmə və təlim keyfiyyəti:

Müasir yanaşmalar

 

Bəlqız Musayeva

 

Xülasə. Müasir təhsil sistemində qiymətləndirmə artıq yalnız şagirdin biliyini yoxlamağa xidmət edən vasitə kimi deyil, onun inkişafını dəstəkləyən və öyrənmə prosesini istiqamətləndirən mühüm pedaqoji mexanizm kimi qəbul olunur. Qiymətləndirmə təkcə yekun nəticəni müəyyən etmir, eyni zamanda şagirdin bilik, bacarıq və kompetensiyalarının inkişaf səviyyəsini izləməyə imkan yaradır. Tədqiqat çərçivəsində məktəbdaxili qiymətləndirmənin əsas növləri olan diaqnostik, formativ və summativ qiymətləndirmə təhlil edilmişdir. Xüsusilə formativ qiymətləndirmə və rəyin şagird nailiyyətlərinə göstərdiyi müsbət təsir ön plana çəkilmişdir. Müasir pedaqoji yanaşmalarda rəy şagirdin inkişafını istiqamətləndirən, motivasiyasını artıran və öyrənmə fəaliyyətini daha məqsədyönlü edən vacib vasitə hesab olunur. Bununla yanaşı, konstruktivist yanaşma və Lev Vıqotskinin sosial öyrənmə nəzəriyyəsi əsasında rəyin öyrənmə prosesindəki rolu araşdırılmışdır. Müasir texnologiyaların tətbiqi qiymətləndirməni daha interaktiv və fərdiləşdirilmiş etmiş, özünüqiymətləndirmə və qarşılıqlı qiymətləndirmə isə şagirdlərdə reflektiv düşünmə, əməkdaşlıq və müstəqil öyrənmə bacarıqlarının formalaşmasına şərait yaratmışdır

 

Açar sözlər: qiymətləndirmə, məktəbdaxili qiymətləndirmə, formativ qiymətləndirmə, summativ qiymətləndirmə, diaqnostik qiymətləndirmə, rəy, konstruktivizm, özünüqiymətləndirmə, qarşılıqlı qiymətləndirmə, təlim prosesi, pedaqoji yanaşma, şagird inkişafı

 


Baxış: 125