Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/123/15-18

 

Yeganə Məmmədova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

pedaqogika üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0001-8319-8849

yeganememmedova.doc@gmail.com

 

Məktəbəqədər dövrdə uşaqların nitqinin qrammatik cəhətdən düzgün mənimsənilməsi üzrə məşğələlərin təşkili

 

Xülasə

 

Məktəbəqədər yaş dövründə uşaqların nitqinin inkişafı onların ana dilinin qrammatik quruluşunu nə dərəcədə mənimsəmələrindən asılıdır. Qrammatik məna – varlıq və hadisələr arasında mövcud olan münasibətlərin sözlərlə ifadə olunmuş mənasıdır. Qrammatik cəhətdən düzgün nitqin formalaşmasının əsas yolu məqsədyönlü şəkildə təşkil olunan xüsusi təlim məşğələləridir. Bununla yanaşı, tərbiyəçi hər bir məşğələ zamanı və ümumiyyətlə uşağın bütün nitq fəaliyyəti prosesində yaranan qrammatik səhvləri vaxtında düzəltməlidir. Belə məşğələlərdə uşaqların diqqəti konkret qrammatik formaların dərk edilməsinə yönəldilir. Məşğələlərin səmərəli olması üçün tərbiyəçi planlı və ardıcıl şəkildə fəaliyyət göstərməlidir. Hansı qrammatik mövzudan başlamaq, növbəti mərhələlərdə hansı qaydaları öyrətmək lazımdırsa, bunlar əvvəlcədən müəyyən edilməlidir. Hər bir məşğələ yalnız bir qrammatik məqsədə – məsələn, məsdərin mənimsədilməsi yaxud sadə cümlənin genişləndirilməsi kimi konkret tapşırığa xidmət etməlidir. Uşaqların diqqəti öyrədilən qrammatik formanın düzgün tələffüzünə və onun nitqdə yerində işlədilməsinə yönəldilməlidir.

Açar sözlər: məktəbəqədər dövr, ana dili, nitq inkişafı, qrammatik məna, məşğələlər

 

 


Baxış: 199