DOI: https://doi.org/10.36719/2663-4619/122/55-59
Aytac Həzizadə
Lənkəran Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0003-2667-4919
aitajj.21@gmail.com
Məktəbəqədər təhsil müəssisələrində tədrisin metodikası
Xülasə
Məktəbəqədər təhsil milli təhsil sisteminin ilkin və ayrılmaz hissəsidir. Məktəbəqədər təhsilin inkişafı dövlət tərəfindən tənzimlənməli, əsasən hökumət tərəfindən təşkil edilməlidir. Ailənin tərbiyə fəaliyyətinə mühüm dəstək verən məktəbəqədər təhsil uşağın müstəqil və kamil bir varlıq kimi cəmiyyətə tam inteqrasiyası üçün formalaşmasına və tarazlı inkişafına kömək edir. Məktəbəqədər təhsilin əsas məqsədi uşaqları təlim mühiti ilə yaxından tanış etmək, bacarıqları stimullaşdırmaq, yaradıcılıq potensialının formalaşmasına və onların balanslaşdırılmış inkişafına kömək etməkdir.
Məqalədə məktəbəqədər təhsil müəssisələrində tədrisin metodikası barədə məlumat verilmişdir. Məktəbəqədər təhsilin həyata keçirilməsi məktəbəqədər uşaqların fiziki və əqli inkişafının xüsusiyyətlərindən və maraqlarından çıxış etməlidir. Hərtərəfli məktəbəqədər təhsil proqramı gələcək təhsilə inteqrasiyalı hazırlığı inkişaf etdirmək üçün mühüm və ilkin bacarıqları özündə birləşdirir. Uşağın çoxşaxəli inkişafı üçün zəruri olan mühit valideynlər, ailə, təhsil müəssisələri və dövlət tərəfindən birgə yaradılmalıdır. Buna uyğun olaraq, hər bir insan bu sahənin əhəmiyyətini tam dərk etməli, uşaqların erkən yaşda təhsil və inkişafının təşviq edilməsinin qayğısına qalmalıdır.
Açar sözlər: məktəbəqədər təhsil, məktəbəqədər uşaqlar, təhsil proqramı, təhsil fəaliyyəti, uşaq bağçası