Mənanın yenilənməsi problemi: Azərbaycan onlayn lüğətlərində semantik dəyişikliklər və texnoloji terminologiya
Xatirə Məmmədova
Xülasə. Bu tədqiqatın məAzərbaycan dilinin izndə (2006, dörd cilddə, Bakı: Şərq-Qərb) araşdırılmışdır. Bu lüğət Azərbaycan dilinin ən son genişhəcmli çap nəşri olaraq qalır və ondan sonra yenilənmiş nəşr dərc edilməmişdir. Buna görə də son dövrlərdə baş vermiş semantik dəyişikliklərin əks olunmasındakı çatışmazlıqlar yalnız leksikoqrafik metodologiya ilə deyil, həm də 2006-cı ildən sonra yenilənmiş və ya təkmilləşdirilmiş nəşrin olmaması ilə bağlıdır. Nümunə sözlərin ingilis dilindəki qarşılıqları Cambridge və Oxford onlayn birdilli ingilis dili lüğətlərində araşdırılmış və Azərbaycan dilindəki izahlarla müqayisəli şəkildə qiymətləndirilmişdir. Məqalədə onlayn birdilli lüğətlərdə semantik dəyişikliklərin əks etdirilməsi problemi tədqiq olunur. Müəllif vurğulayır ki, dil dinamik xarakter daşıyır, sözlərin mənaları zamanla dəyişir və yeni məna çalarları qazanır. Lakin ənənəvi leksikoqrafik yanaşmalar bu dəyişiklikləri operativ və elmi şəkildə əks etdirməkdə çətinlik çəkir. Araşdırma göstərir ki, rəqəmsal mühit lüğətlərin yenilənməsi üçün geniş imkanlar yaratsa da, yeni mənaların seçilməsi, standartlaşdırılması və lüğətlərə daxil edilməsi prosesi hələ də problemli olaraq qalır. Bu vəziyyət xüsusilə tədris prosesində çətinlik yaradır, çünki lüğətlər dil öyrənənlər üçün əsas istinad mənbələrindən biridir və onların müasir dil istifadəsindən geri qalmaması vacibdir. Məqalə belə nəticəyə gəlir ki, onlayn lüğətlər daha çevik, istifadəçi yönümlü və korpus əsaslı yanaşmalara üstünlük verməlidir. Bu, semantik dəyişikliklərin daha dəqiq izlənilməsinə və müasir mənaların lüğətlərdə düzgün təqdim olunmasına imkan verəcəkdir.
Açar sözlər: semantik dəyişiklik, leksikoqrafiya, onlayn lüğətlər, texnoloji terminologiya, birdilli lüğətlər, dil dəyişikliyi