DOI: https://doi.org/10.36719/2706-6185/53/156-159
İxtiyar Ağazadə
Azərbaycan Dövlət Aqrar Universiteti
magistrant
https://orcid.org/0009-0000-8136-9472
i.agazada@yahoo.com
Mənfəət və zərərlərin uçotunun əhəmiyyəti
Xülasə
Müasir biznes mühitində müəssisələrin maliyyə nəticələrinin düzgün və şəffaf şəkildə müəyyənləşdirilməsi iqtisadi fəaliyyətin effektivliyinin əsas göstəricilərindən biridir. Bu baxımdan mənfəət və zərərlərin uçotu müəssisənin strateji idarəetmə prosesində mühüm rol oynayır. Mənfəət və zərər uçotu təşkilatın gəlir və xərclərinin sistemli şəkildə qeydiyyata alınmasını, maliyyə nəticələrinin təhlil olunmasını və gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsini təmin edir. Həmin uçot növü vasitəsilə müəssisə maliyyə dayanıqlığını qiymətləndirir, resurslardan səmərəli istifadə səviyyəsini müəyyənləşdirir və qərar qəbuletmə prosesini optimallaşdırır.
Mənfəət və zərərlərin uçotu sahibkarlıq subyektlərində rentabellik göstəricilərinin təhlilinə, risklərin minimallaşdırılmasına və maliyyə axınlarının düzgün idarə olunmasına xidmət edir. Bu uçot sayəsində müəssisə investisiya imkanlarını qiymətləndirir, fəaliyyət strategiyasını təkmilləşdirir və bazarda rəqabət qabiliyyətini artırır. Bundan əlavə, mənfəət və zərər hesabatlarının hazırlanması və düzgün təhlili dövlət orqanları qarşısında hesabatlılığın təmin edilməsinə, vergi öhdəliklərinin düzgün yerinə yetirilməsinə və maliyyə şəffaflığının təmininə şərait yaradır.
Beləliklə, mənfəət və zərərlərin uçotunun əhəmiyyəti yalnız müəssisədaxili maliyyə idarəetməsi ilə məhdudlaşmır, həm də iqtisadi sistemin ümumi sabitliyinə və inkişafına mühüm təsir göstərir. Düzgün aparılmış uçot sistemi müəssisəyə səmərəli fəaliyyət göstərmək, riskləri vaxtında müəyyənləşdirmək və dayanıqlı maliyyə nəticələri əldə etmək imkanı verir.
Açar sözlər: mənfəət, zərər, maliyyə uçotu, rentabellik, maliyə hesabatları, riskin idarə edilməsi, şəffaflıq