Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/109/20-27

Ramazan Eyyubov

Odlar Yurdu Universiteti

riyaziyyat üzrə fəlsəfə elmlər doktoru

eyyubov54@mail.ru

Vüsalə Soltanova

Bakı Slavyan Universiteti

vusalya.sultanova@mail.ru

Həqiqət Əşirova

Odlar Yurdu Universiteti

haqiqatashirova@gmail.com

 

Məntiq və onun tətbiq dairələri

 

Xülasə

Məntiq şagirdlərin bir şəxsiyyət kimi inkişafında daha vacib rol oynayır. İnformatikanın tədri­sində əsas məsələ müasir informasiyalı cəmiyyətə uyğun, hərtərəfli inkişaf etmiş insanın forma­laşdırılmasıdır. Şagirdlərin təfəkkürü və şəxsiyyətinin formalaşması məhz tədris prosesində baş ve­rir. İnsanın fərdi yaradıcılığının inkişafı üçün əldə edilmiş konkret məntiqi biliklər çox mühümdür.

İnsanın təfəkkür fəaliyyəti analiz, sintez, müqayisə, konkretləşdirmə və ümumiləşdirmə, abstraktlaşdırma kimi təfəkkür əməliyyatları vasitəsilə reallaşdırılır.

Məlum faktdır ki, hər bir müəllim tədris etdiyi fənlə şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirməyə çalışır. Lakin bu sahədə ardıcıl bir sistemin olmaması bəzən buna gətirib çıxarır ki, hətta yuxarı sinif şagirdlərində bəzi məntiqi əməliyyatlar (analiz, sintez, müqayisə, abstraktlaşdırma və s.) kifayət qədər inkişaf etməmiş qalır. Məntiqi təfəkkürün inkişafında riyaziyyatın rolu çox böyükdür. Riyaziyyatın belə bir müstəsna rolu onun öz quruluşundan irəli gəlir – belə ki, riya­ziyyatda bütün praktik məsələlər ədədlər və həndəsi fiqurlar vasitəsilə abstraktlaşır. Təcrübə göstərir ki, şagirdlərin məntiqi təfəkkürünün inkişafı üçün ən səmərəli vasitə aşağı siniflərdə məntiq məsələlərinin həll edilməsidir. Bu məsələ ilə bağlı rus alimi B. Suxomlinski geniş tədqiqatlar apar­mışdır. O, riyaziyyatın kiçik yaşlı məktəblilərə məhz abstrakt obyektlərlə öyrədilməsinə üstünlük vermişdir. O öz kitabında yazırdı ki, ətraf aləmin özündə yüzlərlə, minlərlə məsələ var. Bu məsə­lələri adi insanlar, xalq fikirləşib və bunlar xalq yaradıcılığında tapmaca, oyun şəklində qalıblar. Suxomlinski uşaqların düşüncə tərzini tədqiq edərək belə bir nəticəyə gəlmişdir ki, onların fikrini əvvəlcə hadisələrə, obyektlərə, faktlara ümumi nəzər salmağa, sonra isə onlar arasındakı əlaqələri dərk etməyə, onları müqayisə etməyə yönəltmək lazımdır. Uşaqlara abstrakt əşyalarla düşünməyi öyrətmək lazımdır.

Açar sözlər: məntiq, ibtidai təhsil, mücərrəd təfəkkür, şagird, informatika, məntiqi təfəkkür, abstrakt, məsələ, təxəyyül, qavrama, qayda


Baxış: 145