Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/59/77-81

Baba-Əli Səlimzadə

Azərbaycan İdman Akademiyası

https://orcid.org/0009-0001-7159-9167

baba-ali.salimzade@sport.edu.az

Qurban Cəbrayılov

Azərbaycan İdman Akademiyası

https://orcid.org/0009-0009-2735-0856

gurban.cabrayilov@sport.edu.az

Hüseyn Səfərov

Azərbaycan İdman Akademiyası

magistrant

https://orcid.org/0009-0005-0299-4111

huseyn.safarov.2024@sport.edu.az

 

Məşhur boksçuların zədədən sonra yarışlara yenidən hazırlığı

və adaptasiya prosesi

 

Xülasə

 

Bu məqalədə məşhur boksçuların zədədən sonra yarışlara yenidən hazırlıq və adaptasiya prosesləri araşdırılır. Zədələrin boksçuların fiziki və psixoloji vəziyyətinə təsiri, eləcə də onların bərpa müddətində tətbiq olunan metodlar sistemli şəkildə təhlil edilir. Araşdırmada göstərilir ki, bərpa prosesi yalnız fizioloji reablitasiya ilə məhdudlaşmır, həm də psixoloji adaptasiya, mental məşqlər və fərdi hazırlıq planlarının optimallaşdırılması ilə müşayiət olunur.

Məşhur boksçuların  xüsusilə Muhammad Ali və Mike Tyson kimi idmançıların  təcrübəsindən nümunələr gətirilərək, zədədən sonra fiziki, psixoloji və taktiki adaptasiyanın qarşılıqlı əlaqəsi izah edilir. Məqalədə həm peşəkar, həm də həvəskar boksçular üçün fərqli bərpa strategiyalarının önəmi vurğulanır.

Nəticələr göstərir ki, düzgün strukturlaşdırılmış bərpa və adaptasiya prosesi boksçuların fiziki dözümlülüyünü, emosional sabitliyini və yarış performansını artırmaqla yanaşı, zədələrin təkrarlanma riskini də azaldır.

Açar sözlər: boks, zədə sonrası bərpa, psixoloji adaptasiya, fizioloji reablitasiya

 

 


Baxış: 9