DOI: https://doi.org/10.36719/2663-4619/101/276-280
Zərif İbrahimova
Azərbaycan Texniki Universiteti
magistrant
zerifibrahimova@gmail.com
METALLURGİYA: KATEQORİYALARI, NÖVLƏRİ VƏ
AZƏRBAYCANDA METALLURGİYA SƏNAYESİ
Xülasə
Metallurgiya, metalların elm və texnologiyasını- yəni metalların istehsalı üçün elmi üsulların və mühəndisliyin tətbiqini əhatə edir. Yəni metallurgiya metal emalı sənətindən fərqlənir. Metal emalı, texniki inkişaf üçün metallurgiyaya söykənir. Metallurgiya elmi, adətən, iki geniş kateqoriyaya ayrılır: kimyəvi metallurgiya və fiziki metallurgiya.
Kimyəvi metallurgiya əsasən metalların reduksiyası və oksidləşməsi, metalların kimyəvi xüsusiyyətləri ilə məşğul olur. Kimyəvi metallurgiyanın öyrəndiyi mövzulara mineral emalı, metalların çıxarılması, termodinamika, elektrokimya və kimyəvi aşınma (korroziya) daxildir. Bunun əksinə olaraq, fiziki metallurgiya metalların mexaniki, fiziki xassələrinə və metalların fiziki göstəricilərinə diqqət yetirir.
Fiziki metallurgiyada öyrənilən mövzulara kristalloqrafiya, materialın xarakteristikası, mexaniki metallurgiya, faza çevrilmələri və qüsurların yaranma mexanizmləri daxildir.
Tarixən metallurgiya əsasən metalların istehsalına diqqət yetirmişdir. Metal istehsalı metal çıxarmaq üçün filizlərin emalı ilə başlayır və ərintiləri hazırlamaq üçün metalların qarışdırılmasını əhatə edir. Metal istehsalının tədqiqi qara və əlvan metallurgiyaya bölünür.
Açar sözlər: metallurgiya, kobalt, ovuntu metallurgiyası, qara metal, əlvan metal, polimetal, titan
Zarif Ibrahimova
Azerbaijan Technical University
master student
zerifibrahimova@gmail.com
Metallurgy: categories, types, and metallurgy industry in Azerbayijcan
Abstract
Metallurgy encompasses the science and technology of metals- that is, the application of scientific methods and engineering to the production of metals. That is, metallurgy differs from the art of metal processing. Metal processing relies on metallurgy for technical development. The science of metallurgy is usually divided into two broad categories: chemical metallurgy and physical metallurgy.
Chemical metallurgy mainly deals with the reduction and oxidation of metals and the the chemical properties of metals. Topics studied in chemical metallurgy include mineral processing, metal extraction, thermodynamics, electrochemistry, and chemical corrosion. In contrast, physical metallurgy focuses on the mechanical, physical properties of metals and the physical performance of metals.
Topics studied in physical metallurgy include crystallography, material characterization, mechanical metallurgy, phase transformations, and defect formation mechanisms.
Historically, metallurgy has focused mainly on the production begins with processing ores to extract metals to make alloys . The study of metal production is divided into ferrous and nonferrous metallurgy.
Keywords: metallurgy, cobalt, abrasive metallurgy, black metal, non-ferrous metal, polymetal, titanium
[attachment=5478]