Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/123/138-142

Elgün İsmayılova

V.Y.Axundov adına Elmi – Tədqiqat Tibbi Profilaktika İnstitutu

https://orcid.org/0009-0009-0829-2881

elgunmanafova26@gmail.com

Elmira Hacıbəyova

V.Y.Axundov adına Elmi – Tədqiqat Tibbi Profilaktika İnstitutu

biologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0000-8668-9424

qadjibekovae@mail.ru

Nigar Sadıxova

V.Y.Axundov adına Elmi – Tədqiqat Tibbi Profilaktika İnstitutu

https://orcid.org/0000-0002-0976-191X

nigarsadikhova67@gmail.com

Aybəniz Gülməmmədova

V.Y.Axundov adına Elmi – Tədqiqat Tibbi Profilaktika İnstitutu

https://orcid.org/0009-0003-0187-1684

aybenizgulmamedova@gmail.com

Günay Qurbanova

V.Y.Axundov adına Elmi – Tədqiqat Tibbi Profilaktika İnstitutu

https://orcid.org/0000-0002-4391-5294

qunayqrbnva81@gmail.com

 

Mığmığaların öyrənilmə metodikası

 

Xülasə

 

Leyşmanioz – dünyanın 100-ə yaxın ölkəsində yayılmış, insan və heyvanlar üçün təhlükəli transmissiv parazitar xəstəlikdir. Xəstəliyin törədiciləri 1900-cü ildə İ.Leyşman və 1903-cü ildə İ.Donovani tərəfindən aşkar edilmişdir. Azərbaycanda visseral leyşmanioz 1912-ci ildə A.Q.Qurko, dəri leyşmaniozu isə 1862-ci ildə N.Arentdan tərəfindən Gəncədə təsvir olunmuşdur. Leyşmaniozun əsas vektorları mığmığalardır. Onlar Buğumayaqlılar tipinin, Həşəratlar sinfinin, İkiqanadlılar dəstəsinə aid olub, ölçüləri 1,5–2 mm-dir. Bədənləri sıx tükcüklərlə örtülüdür; dişi fərdlər qanla, erkəklər isə bitki şirəsi ilə qidalanır və əsasən isti aylarda fəal olurlar. Mığmığaların öyrənilməsi onların növ tərkibini və yayılma arealını müəyyənləşdirmək üçün mühümdür. Bunun üçün ÜST tərəfindən tövsiyə olunan işıq tələləri, yapışqanlı kağızlar, Disney tələsi və eksqauster kimi üsullardan istifadə edilir. Ən çox tətbiq olunan üsul yapışqanlı kağız üsuludur, çünki bu üsul həm sərfəlidir, həm də çoxlu nümunə toplamağa imkan verir. Tutulan mığmığalar laboratoriyada 96%-li spirtdə saxlanılır, sonra təmizlənərək For, xloral-fenol, lakto-fenol və ya 5%-li KOH məhlulları ilə preparatlar hazırlanır. Preparatlar mikroskop altında morfoloji əlamətlərinə görə identifikasiya edilir.

Bəzi hallarda morfoloji üsullar kifayət etmir, buna görə də DNT barkodlaşma, ribosomal İTS2 bölgəsinin PCR analizi, mitoxondrial DNT fraqmenti və MALDI-TOF kimi molekulyar metodlardan istifadə olunur. Azərbaycanda bu üsullar hələ geniş tətbiq olunmasa da, gələcəkdə onların inkişafı leyşmanioz vektorlarının dəqiq müəyyənləşdirilməsi və xəstəliyə qarşı mübarizənin gücləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Açar sözlər: leyşmanioz, Phlebotomus, xəstəlik ocağı, preparatın hazırlanması, identifikasiya


 


Baxış: 35