https://doi.org/10.36719/2706-6185/45/234-239
Adil Məmmədov
Azərbaycan Dövlət İqtisad Universiteti
magistrant
https://orcid.org/0009-0000-1421-5027
adilmammadovv23@gmail.com
Mikromaliyyə institutlarında maliyyə dayanıqlılığı göstəricilərinin
müqayisəli təhlili: seçilmiş Asiya və Afrika ölkələri
Xülasə
Bu məqalə, Asiya və Afrika ölkələrində fəaliyyət göstərən mikromaliyyə institutlarının (MMİ) maliyyə dayanıqlılığını müqayisəli şəkildə təhlil edir. Araşdırma əsas maliyyə dayanıqlılığı göstəricilərinə – Aktivlərin Gəlirliliyi (ROA), Kapitalın Gəlirliliyi (ROE), Risk Altında Portfel (PAR >30 gün), Əməliyyat Özünüödəmə (OSS) və Maliyyə Özünüödəmə (FSS) – əsaslanır. Məlumat mənbələri akademik məqalələr (Google Scholar), Dünya Bankı hesabatları, MIX Market məlumatları və Mİ-lərin illik hesabatlarından ibarətdir. Təhlil göstərir ki, Asiya Mİ-ləri (xüsusilə Cənubi Asiya) adətən Afrika Mİ-lərindən daha yüksək ROA və OSS nümayiş etdirir, bu isə onların maliyyə cəhətdən daha davamlı olduğunu göstərir. Afrika Mİ-ləri isə daha aşağı gəlirlilik səviyyəsinə malikdir və çoxu yalnız minimal mənfəət əldə edə bilir. Lakin, hər iki bölgədə portfel keyfiyyəti yüksəkdir və borc ödənişlərinin gecikməsi nisbətən aşağı səviyyədədir. Nəticələr göstərir ki, ölçü iqtisadiyyatı, səmərəlilik və gəlir strukturu MMİ-lərin maliyyə dayanıqlılığında əsas rol oynayır. Asiya Mİ-ləri böyük miqyasda fəaliyyət göstərdiyi üçün daha yüksək əməliyyat gəlirliliyinə malikdir, Afrika Mİ-ləri isə əsasən maliyyələşmə problemləri ilə üzləşir. Bu nəticələr MMİ-lərin maliyyə dayanıqlığını artırmaq üçün uyğun siyasətlərin və strategiyaların formalaşdırılmasına kömək edə bilər.
Açar sözlər: Mikromaliyyə institutları, maliyyə dayanıqlılığı, aktivlərin gəlirliliyi (ROA), kapitalın gəlirliliyi (ROE), əməliyyat özünüödəmə (OSS)