https://doi.org/10.36719/2789-6919/40/43-47

Nəzrin Rüstəmbəyova

Bakı Dövlət Universiteti

iqtisadiyyat üzrə fəlsəfə doktoru

nazrinrustambayova@bsu.edu.az

https://orcid.org/0009-0004-8413-9778

 

Milli insan kapitalının inkişaf prosesində miqrasiya problemləri

 

Xülasə

Müasir iqtisadiyyatda xarici miqrasiya insan kapitalının formalaşmasında və onun inkişafında asimmetriyaya səbəb olur. Bu asimmetriyanın ən mühüm cəhətlərindən biri yüksək intellektual qabiliyyət göstəricilərinə malik yüksək ixtisaslı insan kapitalının miqrasiyasıdır. Belə miqrasiyanın mənfi tərəfləri başqa əmək bazarında işləyənlərin gəlirlilik səviyyəsindən qat-qat çoxdur. Miqrasiya özü xərcləri nəzərdə tutur, çünki mühacir köçməyə, xaricdə əmək bazarları haqqında məlumat axtarmağa, xarici dil öyrənməyə və ya təkmilləşdirməyə sərmayə qoyur. Bunların hamısını gələcəkdə daha gəlirli, yüksək maaşlı iş əldə etmək naminə qurban verilən miqrasiya xərcləri kimi xarakterizə etmək olar.

Bu proseslər şirkətlərdə də baş verir. İnsan kapitalı milli iqtisadiyyatda rəqabətin tərkib hissəsi kimi çıxış etməyə başlayır, çünki bir firmadan köçən işçi onun potensialını azaldır, eyni zamanda digər firmanın potensialını artırır. Beynəlxalq sferada miqrasiya ilə bağlı insan kapitalının formalaşması və reallaşdırılması xərclərinin asimmetriyası daha da ciddiləşir, çünki bu, ölkələrin makroiqtisadi göstəricilərinə və rəqabət qabiliyyətinə təsir göstərir.

Açar sözlər: insan kapitalı, miqrasiya, asimmetriya, mobillik, virtual miqrasiya, beyin axını


Baxış: 159