Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/44/13-17

Sima İsmayılova

Bakı Dövlət Universiteti

pedaqogika üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-9275-4269

simaismayilova375@gmail.com

 

Mirzə Fətəli Axundzadə irsinin biblioqrafik tədqiqi

 

Xülasə

 

Məqalədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi M.F.Axundzadənin ədəbi-bədii irsi araşdırılıb, ədibin yaradıcılığını əks etdirən elmi ədəbiyyatın, o cümlədən biblioqrafik informasiya mənbələrinin xronoloji ardıcıllıqla təhlili verilmişdir. Eyni zamanda biblioqrafik vəsaitlərin məzmun istiqamətləri, informasiya potensiallığı, mənbələrin əhatəlilik dərəcəsi, xarakterik xüsusiyyətləri, M.F.Axundovşünaslıq elmi-təcrübi informasiya sisteminin tədqiqi zəngin arxiv materiallarına əsaslanaraq şərh edilmişdir. Məqalədə M.F.Axundzadənin şəxsi arxiv materialları ilə yanaşı, onun həyat və fəaliyyətini əks etdirən ədəbi-bədii və biblioqrafik mənbələrə istinad edilərək faktiki məlumatlar işıqlandırılmışdır. Dahi dramaturqun soyadının Axundov və ya Axundzadə olması uzun müddət mübahisə mövzusu olub. Lakin tarixi sənədlərdə 1840-cı ilə qədər ədibin soyadının Axundzadə, sonrkı dövrdə isə Axundov olaraq yazıldığı məlumdur. Hər zaman Azərbaycan xalqı bu böyük mütəfəkkirin yaradıcılığını yüksək qiymətləndirmişdir. Ötən əsrin 20-ci illərində Firudin bəy Köçərlinin yazdığı “Mirzə Fətəli Axundzadə” adlı monoqrafiyası da onun 100 illik yubileyinə verilmiş gözəl dəyərlərdəndir.

Açar sözlər: M.F.Axundzadə, Azərbaycan ədəbiyyatı, ədəbi-bədii irs, biblioqrafik tədqiqat


Baxış: 72