Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/114/306-311

Rəhimə Rüstəmova

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

Şəki filialı

https://orcid.org/0009-0008-8033-4532

rr.rahima99@gmail.com

 

Müasir dünyada elmi-texniki inkişaf tendensiyaları: informasiya

təminatı və süni intellekt

 

Xülasə

 

Hazırda Azərbaycan Respublikasında müasir qlobal cəmiyyətin ictimai-siyasi, sosial-mədəni və elmi-texniki tələblərinə yüksək səviyyədə cavab verən cəmiyyətin qurulması işləri sürətli templərlə davam edir. Artıq ölkəmizdə aparıcı informasiya-kommunikasiya texnologiyaları üzərində qurulan və qüsursuz şəkildə işləyən elektron hökumət fəaliyyət göstərir. Azərbaycan Respublikası özünün kosmik proqramını çox uğurla həyata keçirən ölkələrdən biridir. Ölkəmizə məxsus “Azerspase-1”, “Azersky” və “Azerspase-2” kimi süni peyklər Aşağı Yer Orbitində kosmik fəzanı fəth edir və Azərbaycan xalqını müasir texnologiyaların istifadəçisinə və sahibinə çevirir. Bütün bu uğurlar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin formalaşdırdığı və bu gün qüsursuz işləyən yeni milli dövlətçilik strategiyasının məntiqi nəticəsidir. Hazırda qlobal iqtisadi-siyasi və sosial-mədəni tendensiyaların fonunda cərəyan edən “dördüncü sənaye inqilabı” kimi mütərəqqi bir proses sürətli templərlə davam edir və tarixdə misli görünməmiş elmi-texniki innovasiyalarla müşayiət olunur. Sözügedən hiperaktiv proses müasir hesablayıcı resursların və fiziki elementlərin özünəməxsus inteqrasiyası kimi ifadə olunur və məlumat-texnoloji konsepsiya qismində kiberfiziki sistemlərin cəmiyyət həyatına kütləvi tətbiqini nəzərdə tutur. Sözügedən mütərəqqi dəyişikliklərin ardıcıl şəkildə reallığa çevrilməsi üçün bir sıra mühüm məsələlərin və  vəzifələrin davamlı icrası şərtdir. Bu məsələlər içərisində cəmiyyət həyatının dövrün tələblərinə uyğun informasiya təminatının daha da inkişaf etdirilməsi və informasiya sistemlərində süni intellektin tətbiqi işinin təkmilləşdirilməsi daha aktualdır. Təqdim edilən məqalədə məhz müasir informasiya texnologiyalarının ən mühüm komponenti sayılan informasiya təminatının məzmunu, mahiyyəti, əsas məqsədləri və əhəmiyyəti açıqlanır, süni intellektin fövqəladə yaradıcı gücünün real imkanlarına nəzər yetirilir,  müasir texniki tərəqqinin yeni inkişaf mərhələsinə çıxmasında onun oynadığı mühüm rola adekvat qiymət verilir.

Açar sözlər: informasiya, elmi-texniki inkişaf, informasiya texnologiyaları, süni intellekt, informasiya cəmiyyəti


Baxış: 517