Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Müasir futbolda fasiləli məşq metodunun üstünlüklərinin tədqiqi

 

Rövşən Əliyev Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. Müasir futbolda təlim-məşq prosesinin (T.M.P.) elmi-metodik əsaslarla optimallaşdırılması və yüksək ixtisaslı futbolçuların funksional hazırlığının idarə edilməsi müasir idman elminin ən aktual problemlərindən biridir. Futbol oyununun dinamikası hər bir oyunçudan yüksək biomexaniki, fizioloji və psixoloji potensial tələb etdiyindən, təlim prosesində idmançının fərdi homeostatik göstəricilərini və adaptasiya imkanlarını nəzərə alan intefrasiyalı hazırlıq proqramlarının tətbiqi qaçılmaz bir zərurətdir. Müasir futbolçunun çoxşaxəli hazırlıq modelini təmin etmək üçün fiziki, texniki, taktiki və psixoloji komponentlərin vəhdətdə reallaşdırılması oyun fəaliyyətinin effektivliyini şərtləndirən fundamental amildir. Bu məqalədə strateji təlim məqsədlərinə nail olmaq, eləcə də konkret taktiki tapşırıqların icrası zamanı qarşıya qoyulan vəzifələrin reallaşdırılması üçün adekvat məşq metodologiyasının seçilməsi məsələləri araşdırılır və müvafiq metodların funksional üstünlükləri elmi-nəzəri baxımdan əsaslandırılır. İdman formasının qazanılması, stabilləşdirilməsi və orqanizmdə superkompensasiya (bərpaolunmadan sonrakı yüksəliş) fazasının əldə edilməsi, submaksimal və maksimal yüklənmələrdən sonra baş verən heteroxron bərpa proseslərinin kinetikasından, eləcə də orqanizmin ümumi işgörmə qabiliyyətindən birbaşa asılıdır. Təlim-məşq yüklərinin planlaşdırılması, yalnız hərəkət fəaliyyətinin həcmi ilə deyil, həm də iş və istirahət intervallarının metodoloji cəhətdən düzgün uzlaşdırılması, habelə idmançının ilkin funksional vəziyyətinin diaqnostikası ilə müəyyən edilməlidir.

 

Açar sözlər: fasiləli məşq metodu, bərpa, yüklənmələr, futbolçu, oyunçu

 


Baxış: 96