https://doi.org/10.36719/2706-6185/45/107-109
Günel Vəliyeva
Milli Aviasiya Akademiyası
https://orcid.org/0009-0005-4109-2372
gvaliyeva@naa.edu.az
Müasir german dilləri: german dil ailəsində ingilis dilinin rolu
Xülasə
Dillər ortaq proto-dildən qaynaqlandıqları üçün oxşarlıqlara malikdirlər. Bu tədqiqat, xüsusi olaraq ingilis dili olmaqla german dillərinin dilçilik təsnifatlarını geneoloji çərçivədə araşdırmağı hədəfləyir. Araşdırmada ingilis dilinin başlanğıcından müasir formasına qədər təkamülünü izləmək üçün müqayisəli-tarixi və təsnifat metodlarından istifadə olunur. Nəticələr göstərir ki, müasir ingilis dili çox mürəkkəb fonetik və qrammatik quruluşa malikdir və ən azı on iki dillə qarşılıqlı təsirlər nəticəsində formalaşmışdır. Tədqiqatın praktiki tətbiqi ingilis dili öyrənənlər üçün tədris materiallarının hazırlanmasında istifadə üçün nəzərdə tutulmuşdur.
Açar sözlər: aksent, dialekt, beynəlxalq dil, mənşə tarixi, etimologiya