DOI: https://doi.org/10.36719/2663-4619/116/63-66
Həsənağa İsmayılzadə
Azərbaycan Dövlət İqtisad Universiteti
magistrant
https://orcid.org/0009-0002-5883-4019
ismayilzadehesenaga@gmail.com
Müasir informasiya müharibəsi: media alətləri və sosial təsirlər
Xülasə
Bu məqalədə informasiya müharibəsinin mahiyyəti və tarixi inkişafı, media manipulyasiya üsulları və sosial medianın bu prosesdəki rolu araşdırılır. Sosial media platformalarının və süni intellekt texnologiyalarının bu sahədə istifadəsi xüsusi diqqət mərkəzindədir. Manipulyasiya və dezinformasiyanın ictimai rəyin formalaşmasına təsiri təhlil olunur. Azərbaycan kontekstində isə 44 günlük Vətən müharibəsi zamanı informasiya cəbhəsində görülən işlər araşdırılır. Həmin dövrdə tətbiq olunan media strategiyasının əhəmiyyəti vurğulanır. Məqalənin məqsədi oxucularda informasiya təhlükəsizliyi və media savadlılığı ilə bağlı tənqidi düşüncə formalaşdırmaqdır. Nəticə etibarilə, müasir dünyada informasiya gücünü və bu gücün yaratdığı riskləri daha yaxşı anlamağa töhfə vermək hədəflənir.
Açar sözlər: informasiya müharibəsi, dezinformasiya, informasiya təhlükəsizliyi, sosial media, kiberməkanda münaqişə, informasiya texnologiyaları, psixoloji təsir, dövlət informasiya siyasəti, informasiya silahı