https://doi.org/10.36719/2789-6919/43/54-56
Gülnar Əlizadə
Milli Aviasiya Akademiyası
https://orcid.org/0009-0009-2778-9068
galizada@naa.edu.az
Müasir linqvistik və linqvodidaktik məsələlər
Xülasə
“Muasir linqvistik və linqvodidaktik məsələlər” dedikdə, müasir dilçilikdəki bütün məsələlər və istənilən bir dilin dil öyrənmə metodları, bunlarla bağlı bütün problemlər nəzərdə tutulur. Ümumiyyətlə, müasir linqvistika dilin ümumi funksiyalarını, strukturlarını, ifadə və istifadə formalarını, bununla yanaşı onun inkişafını öyrənən bir sahədir. Dilçiliyin linqvistika sahəsindən başqa onun Linqvodidaktika adlanan böyük bir sahəsi də vardır. Bu geniş sahə isə dil öyrənmə və tədrisinin nəzəri və praktiki məsələlərini araşdıran bir sahədir.
Dilin 2 əsas sahəsini əhatə edən linqvistika və linqvodidaktika dedikdə, linqvodidaktikada olan aktual problem və məsələlər həm dilin öyrənilməsi və tədrisi ilə, həm də dilin sosial, mədəni və texnoloji aspektləri ilə bağlı geniş müzakirələrə səbəb olur.
Ümumiyyətlə linqvodidaktika, intellektual və nitqin inkişafı, xarici dilin tədrisi prosesi, mədəniyyətlərarası ünsiyyət vasitəsi mənasına gəlir. Digər tərəfdən, linqvodidaktika dedikdə, dilin və onun strukturunun elmi tədqiqi, bununla belə qrammatika, sintaksis və fonetikanın öyrənilməsi, dilçiliyin spesifik sahələri olan sosiolinqvistika, dialektologiya, psixolinqvistika, hesablama dilçilik, müqayisəli dilçilik və struktur dilçilik kimi bölmələrini öyrənən dilçilik sahəsi başa düşülür (Vygotsky, 1986).
Açar sözlər: linqvistika, linqvodidaktika, yanaşmalar, metodlar, dilçilikdə məsələlər, dil öyrənmə