Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/44/7-10

Fərəh Cəlil

Mingəçevir Dövlət Universiteti

filologiya elmləri doktoru

https://orcid.org/0000-0001-6894-4401

calil.farah72@mail.ru

Aytəkin Kərimova

Mingəçevir Dövlət Universiteti

https://orcid.org/0009-0008-0573-9142

aytekinbuludzade@gmail.com

 

Müasir tədrisdə yeni innovativ texnologiyalardan istifadə üsulları

 

Xülasə

Məqalə müasir tədrisdə yeni innovativ texnologiyalardan istifadə üsullarına həsr edilib. Azərbaycanda müasir təhsilin inkişafı Dövlətımın qarşısında duran əsas prioritetlərdən biridir. Azərbaycan tədrisinin müasir dünya standartlarına uyğunlaşdırılması təhsildə Strateji İnkişaf Planının əsas prinsipidir. Xüsusilə, ibtidai sinif şagirdlərinin təlim-tədris prosesinin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan məktəblərində bu, xüsusi qayğı ilə əhatə olunmuşdur. Məktəblilərin təhsildə yüksək göstəricilər nümayiş etdirməsi üçün innovativ texnologiyalardan istifadə mühüm amillərdən biridir. Bu baxımdan Azərbaycan təhsilinin inkişafı üçün inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etmək, onların innovativ texnologiyaların tətbiqi vasitələrini müşahidə etmək və təhsilə tətbiq etmək Azərbaycan təhsilinin mühüm problemlərindən biridir.

Müasir tədris prosesində birgə təlim, layihə əsaslı metodika, yeni informasiya texnologiyala­rından, həmçinin internet resurslarından istifadə kimi müasir pedaqoji texnologiyalar şagirdyönümlü yanaşmanın həyata keçirilməsinə kömək edir, təlimin fərdiləşdirilməsini və differensiallaşdırılmasını təmin edir.

Açar sözlər: müasir təhsil, Azərbaycan, innovasiya, kompetensiya, metod

 


Baxış: 69