Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/59/181-185

 

Olya Yolcuyeva

Bakı Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0000-3541-6194

olyayolcuyeva@gmail.com

 

Müəlliflik hüququ ilə internetin toqquşması:

Azərbaycan üçün həll prespektivləri

 

Xülasə

 

İnternetin və rəqəmsal texnologiyaların yayılması müəllif hüquqları sahəsinin şərtlərini dəyişdirib və yeni problemlər yaradıb. Rəqəmsal mühitdə əsərlər qısa müddətdə bütün dünyada yayılır, kopyalanır, paylaşılır və bu, ənənəvi hüquqi qoruma vasitələrinin effektivliyinin azalmasına səbəb olub. Azərbaycan nümunəsində rəqəmsal mühitdə müəllif hüquqlarının qorunması məsələsi hüquqi, texniki və təhsil vasitələrinin birləşdirilməsi ilə həll edilməlidir. Bu baxımdan, Rəqəmsal Hüquqların İdarə Edilməsi (DRM) sistemləri, blokçeyn, süni intellekt əsaslı monitorinq alqoritmləri, rəqəmsal su nişanı və barmaq izi sistemləri müəllif hüquqlarının pozulmasının qarşısını almaqda mühüm rol oynayır. Rəqəmsal su nişanı və barmaq izi sistemləri əsərin müəllifliyini təsdiq edir və hüquqi dəlil qüvvəsinə malikdir. Platformalarla əməkdaşlıq, ictimaiyyətin maarifləndirilməsi, qanuni məzmuna çıxışın təmin edilməsi, yaradıcılıq mədəniyyətinin formalaşdırılması, Bern Konvensiyası, WIPO Müəllif Hüquqları Müqaviləsi, TRIPS Sazişi kimi beynəlxalq qaydaların milli qanunvericiliyə daxil edilməsi Azərbaycan üçün rəqəmsal müəllif hüquqları sisteminin təkmilləşdirilməsində, müəllifin iqtisadi və mənəvi hüquqlarının qorunmasında, ölkədə rəqəmsal iqtisadiyyatın və yaradıcı sənayelərin inkişafının stimullaşdırılmasında mühüm rol oynayır.

Açar sözlər: müəllif hüququ, rəqəmsal mühit, DRM, blokçeyn, süni intellekt, rəqəmsal su nişanı, barmaq izi, müəllif hüququnun pozulması


Baxış: 10