DOI: https://doi.org/10.36719/2663-4619/125/164-169
Leylan Əsgərova
Bakı, Azərbaycan
https://orcid.org/0009-0005-9114-2470
sgrovaleylan@gmail.com
Müəllim şəxsiyyətinin pedaqoji keyfiyyətləri:
tələblər və inkişaf perspektivləri
Xülasə
Müəllimin şəxsiyyətinin pedaqoji fəaliyyətin subyekti kimi formalaşması çoxsaylı sosial, iqtisadi və təhsil amilləri ilə bağlıdır. Müasir təhsil mürəkkəb sosial-mədəni mühitdə müəllimlərin aktual təhsil vəzifələrini məsuliyyətlə həll edə bilən, peşəkar və davamlı olaraq özünüinkişaf edən şəxsiyyətlər kimi formalaşmasını tələb edir. Müəllimin hazırlanması prosesi insan, vətəndaş və mütəxəssis kimi rolların inteqrasiyasını, daxili bütövlüyün və peşəkar davranışın inkişafını nəzərdə tutur. Yüksək ixtisaslı müəllim uşaqlara məhəbbət, pedaqoji fəaliyyətə sevgi, peşə bilikləri, geniş dünyagörüşü, intellektual inkişaf, yüksək mənəviyyat və pedaqoji intuisiya kimi əsas keyfiyyətlərə sahib olmalıdır. Əlavə keyfiyyətlər — ünsiyyətcilik, yaradıcılıq və şən xasiyyət — müəllimin səmərəliliyini artırır. Pedaqoji ustalıq isə müəllimin situasiyaları düzgün qiymətləndirməsi, improvizasiya qabiliyyəti, müşahidəçilik, proqnozlaşdırma və refleksiya bacarıqları ilə müəyyən olunur. Beləliklə, müəllimin peşəkarlığı mədəni dəyərlər, pedaqoji biliklər və praktiki təcrübə əsasında formalaşan çoxfaktorlu, fərdiləşmiş yaradıcı özünüreallaşma prosesidir. Bu keyfiyyətlər müəllimə təkcə uşaqları yetişdirmək deyil, həm də cəmiyyətin davamlı inkişafına töhfə vermək imkanı yaradır. Bu tədqiqatda müəllim şəxsiyyətinin pedaqoji keyfiyyətlərini nəzəri səviyyədə və sistemli şəkildə təsnif edilir. Eyni zamanda, müəllimin peşəkar inkişafı və şəxsiyyət formalaşması sahəsində mövcud yanaşmalara nəzəri töhfə verir.
Açar sözlər: müəllim şəxsiyyəti, pedaqoji bacarıqlar, peşəkar inkişaf, refleksiya və özünüinkişaf, təhsil və tərbiyə