DOI: https://doi.org/10.36719/2789-6919/45/30-35
Vəfa Nəcəfova
Milli Aviasiya Akademiyası
iqtisadiyyat üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0006-7410-3514
vnacafova@naa.edu.az
Mülki aviasiyada biznes - sistemin inkişafının sosial-iqtisadi aspektləri
Xülasə
Məqalədə mülki aviasiya sahəsində və onun biznes-sisteminin inkişafının sosial-iqtisadi mahiyyəti və amilləri barədə müxtəlif elmi-nəzəri yanaşmalar öyrənilmiş və müvafiq ümumiləşdirmələr edilmişdir. Biznes-məkanın mikromühit, sahə və bazar mühiti, təşkilatın bazar mühitinə inteqrasiyasının tipləri (insorsinq, autsorsinq və virtual) təsərrüfat əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar transaksion xərclər ətraflı araşdırılmışdır. Burada həmçinin, təşkilatın əsas fəaliyyət növlərinin iqtisadi məqsədləri və onlara nail olmaq üçün biznes-sistemin yerinə yetirdiyi funksiyalar dəqiqləşdirilərək şəkil formasında təqdim edilmişdir. Məqalədə tətbiq olunan biznes-sistemlərin sosial-iqtisadi təsirləri araşdırılır. Müəllif mülki aviasiyanın məşğulluq, regional inkişaf və milli iqtisadiyyata təsirini təhlil edir, beynəlxalq təcrübəni müqayisə edir və Azərbaycan üçün inkişaf təklifləri verir. Məqalə göstərir ki, düzgün yönəldilmiş biznes-sistemlər bu sahənin potensialını maksimum səviyyədə üzə çıxarmağa imkan verir.
Açar sözlər: mülki aviasiya, biznes-sistem, biznes-məkan, transaksion xərclər, strateji planlaşdırma, inkişaf strategiyası