DOI: https://doi.org/10.36719/2706-6185/48/185-188
Şəhla Abadova
Azərbaycan Universiteti
https://orcid.org/0009-0000-8865-2529
abadovasehla@gmail.com
Münaqişəli gənc ailələr: sosial işin tədqiqat obyekti kimi
Xülasə
Bu tədqiqat işində münaqişəli gənc ailələr sosial işin tədqiqat obyekti kimi araşdırılır. Müasir cəmiyyətlərdə ailədaxili münasibətlərin gərginləşməsi, ailə üzvləri arasında qarşılıqlı anlaşılmazlıqların artması və boşanma hallarının çoxalması sosial iş sahəsində bu mövzunun aktuallığını artırır. Xüsusilə gənc ailələrdə qarşıya çıxan psixoloji, iqtisadi və sosial çətinliklər onların münasibətlərinə mənfi təsir göstərir. Araşdırmada münaqişələrin yaranma səbəbləri, nəticələri və sosial işin bu ailələrlə iş üsulları təhlil olunur. Həmçinin, sosial işçilərin münaqişələrin həllində rolu, preventiv və müdaxilə tədbirləri, müvafiq dəstək mexanizmləri nəzərdən keçirilir. Bu yanaşma vasitəsilə ailə institutunun gücləndirilməsi və sosial rifahın artırılması məqsəd qoyulmuşdur.
Açar sözlər: münaqişəli ailələr, gənc ailələr, sosial iş, ailədaxili münasibətlər, sosial müdaxilə, psixososial dəstək, ailə rifahı