Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/114/171-175

Nərmin Sadıqova

Bakı Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0003-6860-0264

sadiqovanarmin07@gmail.com

 

Müqavilə azadlığı və onun məhdudlaşdırılmasının əsasları

 

Xülasə

 

Müasir dövrümüzdə müqavilələr olmadan mülki, kommersiya, əmək və s. kimi münasibətlərin nizamlanması, demək olar ki, mümkün deyildir. Hüquq və öhdəliklərin əsas tənzimləyici vasitəsi olan müqavilələri formalaşdıra bilmək üçün qanun hüquq münasibətlərinin subyektlərinə (fiziki və hüquqi şəxslərə) müqavilə azadlığı kimi təməl bir hüquq verir. Lakin digər hüquq və azadlıqlarda olduğu kimi, müqavilə azadlığı da mütləq xarakter daşımır, yəni müəyyən hallarda bəzi qadağa və məhdudiyyətlərə məruz qalır. Bu qadağaların (və məhdudiyyətlər) başlıca məqsədlərini sui-istifadə hallarının qarşısının alınması, müqavilənin zəif tərəfinin qorunması, ictimai qaydanın, mülki dövriyyədə sabitliyin təmin edilməsi və s. təşkil edir. Əslində, göründüyü kimi, bu məhdudiyyətlər elə müqavilə tərəflərinin hər birinin hüquq və mənafelərinin lazımınca müdafiə edilməsinə, müqavilə azadlığının özünün qorunmasına xidmət edir. Odur ki, tərəflər müqavilə bağlayarkən qanunun bu sahədəki imperativ tələblərindən kənara çıxarlarsa, məhkəmələr onlar arasında yaranan mübahisələrə baxan zaman, adətən, müqavilələri bütövlükdə və ya qismən qanuna zidd sayaraq, etibarsız hesab edirlər (Etibarsız müqavilələr isə heç bir hüquqi nəticə yaratmır). Məqalədə müqavilə azadlığı, onun elementləri, müqavilə azadlığının (hüququnun) məhdudlaşdırılmasının əsasları və bu məsələlərin Azərbaycan qanunvericiliyində tənzimlənmə qaydaları təhlil edilmişdir.

Açar sözlər: müqavilə azadlığı, müqavilə azadlığının elementləri, məhdudiyyətlər, standart şərtlər, azadlıq və tənzimləmənin balanslaşdırılması


 


Baxış: 436