https://doi.org/10.36719/2789-6919/41/81-87
Əli Zalov
Azərbaycan Dövlət Pedaqoji Universiteti
kimya üzrə elmlər doktoru
https://orcid.org/0000-0002-2171-8906
zalov1966@mail.ru
Sürayyə İsayeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti
riyaziyyat üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0000-9488-1811
surayye.necefova@gmail.com
Mürəkkəb tərkibli qarışıqların hesablanması
Xülasə
Məqalədə matris və determinant anlayışlarının kimyaya tətbiqi araşdırılmışdır. Kimyəvi reaksiyaların balanslaşdırılması, kvant kimyası və molekulyar orbital nəzəriyyəsi kimi sahələrdə bu riyazi anlayışların mühüm rol oynadığı göstərilmişdir. Matrislər, kimyəvi reaksiyaların atom səviyyəsindəki uyğunluqlarını təsvir etmək üçün effektiv bir metod təqdim edir, determinantlar isə bu sistemlərin həllini tapmaq üçün riyazi bir vasitədir. Tədqiqatın nəticələri göstərir ki, riyaziyyatın bu fundamental bölmələri kimyəvi problemlərin daha dəqiq və effektiv həllinə imkan yaradır və bu da elm və texnologiyanın müxtəlif sahələrində geniş tətbiq potensialına malikdir.
Açar sözlər: matris, determinant, kimyəvi maddə, qarışıq, turşuların sərfiyyatı, maddənin qatılığı, həssaslıq, Kramer qaydası