Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/43/130-133

 

Günay Məmmədova

Bakı Dövlət Universiteti

g-alizade87@mail.ru

https://orcid.org/0000-0002-8733-8797

 

Müstəqillik illərində Azərbaycanda bölgə mətbuatının fəaliyyət istiqamətləri

 

Xülasə

Bölgə mətbuatı özünün mövzu dairəsi, ictimai-siyasi, sosial-iqtisadi və ədəbi-mədəni prob­le­matikası ilə milli jurnalistika tariximizin ayrılmaz tərkib hissəsidir. Müasir dövr regional mətbuatı bir sıra xüsusiyyətlərinə görə əvvəlki illərin mətbuatından fərqlənir, həm kəmiyyət, həm də key­fiyyət baxımından özünəqədərki dövrlərdən əsaslı surətdə seçilir. 1993-cü ildə yenidən hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən edərək, söz, məlumat və ifadə azadlığını məhdudlaşdıran süni maneələri, o cümlədən senzuranı aradan qaldırdı, kütləvi infor­masiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazası formalaşdırıldı. Re­gional mətbuatın zaman-zaman milli mədəniyyətimizin təbli­ğində çox mühüm xidmətləri olmuş­dur. Mərkəzi qəzetlərin bölgələrə vaxtında çatdırılmadığı bir dövrdə rayon mətbuat orqanları jurnalist və publisistlərimiz üçün sanballı bir tribuna rolunu oynamış, oxucuların məlumatlandırılması istiqa­mətində mühüm əhəmiyyətə malik olmuşdur.

Məqalənin əsas tədqiqat predmetini regional medianın tarixi və müasir dövrü təşkil edir. Bu dövrdə nəşr olunan qəzet və jurnallar, yeni yaranan telekanallar, onların ideya-siyasi istiqaməti, ti­pologiyası və tematikasının prinsipləri təhlil predmetinə çevrilir. Bütün bunlarla yanaşı sovet döv­ründə fəaliyyət göstərən redaktorların o dövrdə qarşılaşdıqları çətinliklər, problemlər araşdırılır, həmin dövrün çap olunmayan problemlərinin təhlili öz əksini tapır. Mətbuatla yanaşı regional telekanalların təşəkkülü və inkişaf yolu tədqiqata cəlb edilmiş, məzmun və forma cəhətdən oxşar və fərqli xüsusiyyətləri təhlil edilmişdir.

Açar sözlər: mətbuat, region qəzetləri, bölgə mediası, KİV, mərkəzi qəzetlər

 

 


Baxış: 81