Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/53/63-69

Aytən İbadova

Daxili Qoşunların Hərbi İnstitutu

https://orcid.org/0009-0001-6776-7148

dimple-81@hotmail.com

 

Muzdluluğun inkişaf tarixi və ona görə

məsuliyyət haqqında qanunvercilik

 

Xülasə

 

Hal-hazırda bir sıra beynəlxalq cinayətlər var ki, onlara qarşı mübarizə aparmaq çox çətin məsələyə çevrilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Müharibə cinayətləri” adı altında birləşdirilmiş və törədilməsinə görə sərt cəzalar nəzərdə tutulan əməllər var. Həmin cinayətlərdən biri “muzdluluq” adlanır və bu əmələ görə Cinayət Məcəlləsinin 114-cü maddəsində kifayət qədər sərt cəza tədbirləri nəzərdə tutulmuşdur. Bu maddəyə əsasən həm muzdluları təşkil edərək konkret hərbi əməliyyatlarda istifadə edənlər üçün, həm də hərbi əməliyyatlarda iştirak edən muzdluların özü üçün cəza nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 114-cü maddəsində deyilir ki, muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə, onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə  cəzalandırılır.

Açar sözlər: muzdluluq, cinayət, silahlı münaqişə, qanun, dövlət

 


Baxış: 30