Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/112/175-179

Azər Əhmədov

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

magistrant

https://orcid.org/0009-0002-4100-393X

azerehmedov2002@gmail.com

 

Nanotexnologiyanın neft sənayesində tətbiqi və nanomayelərin neft

hasilatında innovativ rolu

 

Xülasə

Nanotexnologiyanın neft və qaz sənayesində, xüsusilə Təkmilləşdirilmiş Neftçıxarma (EOR) proseslərində tətbiqi mühüm elmi və texnoloji əhəmiyyət kəsb edir. Nanohissəcik əsaslı nanoma­yelər süxurların islanma xüsusiyyətlərini dəyişdirməklə, mayelərin reoloji parametrlərini yaxşılaş­dırmaqla və neft hasilatının səmərəliliyini artırmaqla bu sahədə innovativ yanaşma kimi çıxış edir. Bu tədqiqat çərçivəsində nanohissəciklərin sabit dispersiyasını təmin edən amillər, səth potensia­lının rolu və aqreqasiya proseslərinin təsiri araşdırılmışdır. Müşahidələr göstərir ki, nanomayelərin stabilliyi onların kimyəvi tərkibindən, mühitin fiziki-kimyəvi xüsusiyyətlərindən və dispersiya proseslərinin idarə olunmasından asılıdır. Eyni zamanda, ekstremal lay şəraitlərində, o cümlədən yüksək duzluluq, temperatur və təzyiq şəraitində nanomayelərin davamlılığının qorunması və dispersiya xüsusiyyətlərinin optimallaşdırılması əsas tədqiqat istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Əldə olunan nəticələr göstərir ki, nanomayelərin neft hasilatında effektiv tətbiqi üçün onların stabil dispersiyasının təmin edilməsi və mühitə uyğunlaşdırılması zəruridir. Bu sahədə aparılan tədqiqatlar nanomayelərin sənaye miqyasında daha geniş tətbiqi və onların neftçıxarma proseslərində dayanıqlılığının artırılması baxımından mühüm perspektivlər vəd edir.

Açar sözlər: nanotexnologiya, nanomaye, polimerlə təsir, təkmilləşdirilmiş neftçıxarma üsulları, zeta potensialı


Baxış: 51