Narsist şəxsiyyət tipində empatiya və özünə münasibətin psixoloji xüsusiyyətləri
Xülasə. Məqalə narsist şəxsiyyət tipində empatiya və özünə münasibətin psixoloji xüsusiyyətlərinin araşdırılmasına həsr olunmuşdur. Narsizm özünü xüsusi və üstün hesab etmə, yüksək qiymətləndirilmə ehtiyacı, diqqət mərkəzində olmağa meyillilik və şəxsiyyətlərarası münasibətlərdə müəyyən çətinliklərlə xarakterizə olunan şəxsiyyət xüsusiyyətləri sistemi kimi təqdim edilir. Mövzunun aktuallığı narsist xüsusiyyətlərin fərdin emosional və sosial fəaliyyətinə göstərdiyi təsirlərlə əsaslandırılır. Empatiya və özünə münasibət isə bu şəxsiyyət tipinin formalaşması və təzahürlərinin anlaşılmasında mühüm psixoloji göstəricilər kimi nəzərdən keçirilir.
Təhlillər göstərir ki, narsist xüsusiyyətlər empatiyanın müxtəlif komponentləri ilə əlaqəlidir. Belə şəxslərdə başqalarının emosional vəziyyətini hiss etmə və paylaşma qabiliyyəti zəifləyə bilər ki, bu da sosial münasibətlərdə anlaşılmazlıqların yaranmasına səbəb olur. Eyni zamanda, bəzi hallarda başqalarının düşüncə və niyyətlərini anlamağa yönəlmiş koqnitiv empatiya bacarıqları qorunub saxlanılır və fərdi məqsədlərin reallaşdırılmasına xidmət edir. Bu xüsusiyyətlər narsist davranışların mahiyyətinin daha dərindən anlaşılmasına imkan yaradır.
Açar sözlər: narsist şəxsiyyət, empatiya, özünə münasibət, özünüqiymətləndirmə, şəxsiyyətlərarası münasibətlər