Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/52/17-21

Fərqanə Əliyeva

DİN-in Polis Akademiyası

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/ 0009-0008-2504-3580

farqana-627@mail.ru

 

Natiqlikdə effektiv nitq texnikaları: fonetik və ritorik yanaşmalar

 

Xülasə

 

Bu araşdırmada çıxış zamanı effektiv nitq nümayiş etdirmək üçün nitq texnikalarının əhəmiyyətindən bəhs edilmişdir. Belə ki, praktik nümunələr əsasında fonetik və ritorik yanaşmalar vasitəsilə intonasiya və artikulyasiya məsələləri müşahidə olunaraq tədqiq edilmiş, nitq texnikaları təhlil edilmişdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı metodlardan istifadə edilmişdir: nəzəri təhlil, müqayisəli təhlil və empirik metod.

Tanınmış nitqlərdən fraqmentlər dinlənilməklə aydın və qeyri-aydın nitq nümunələri müqayisə edilərək, nitq texnikalarından səsin tonu, pauza, vurğu, nəfəsin və səsin yaranma məxrəcinin düzgünlüyünün natiqlikdə zəruri olduğu praktik olaraq araşdırılmışdır. Dil faktorlarının nitq texnikasına təsiri müşahidə olunmuşdur. Bu cür empirik müşahidələr nitq texnikalarının inkişaf etdirilməsi üçün olduqca səmərəlidir.

Tədqiqatda nitq texnikalarının inkişaf etdirilməsinin yolları və metodları praktik olaraq göstərilmişdir. Üz əzələlərinin gərilməsi və hərəkət etdirilərək mimikalar üzrə işin aparılması nitq zamanı danışanın səsini idarəetmə bacarığının artmasına səbəb olduğunu müşahidə etmişdir. Yazılı çalışmalar üzərində praktik olaraq fasilənin (pauzanın) tapılması üzrə aparılan işlərdən belə qənaətə gəlmək olar ki, effektiv nitq nümayiş etdirməyə kömək edən vasitələrdən başlıcası pauzaları düzgün yerinə yetirməklə dərketməni təmin etməkdir. Məqalədə eyni zamanda nəfəs üzrə aparılan praktik təmrinlərin həm səsin, həm də surətin düzgün olmasına təsir etdiyi vurğulanır.

Ümumiyyətlə, aparılan ritorik yanaşmalar – nitqin məzmunu, məntiqi və psixoloji təsiri nəticəsində aydın və düzgün danışmaq, tələffüz normalarına əməl etmək, diksiyanı, eyni zamanda səs imkanlarını təkmilləşdirmək, nitqi zənginləşdirmək və onu məntiqi əsaslara uyğun qurmaq kimi bacarıqları aşılayır. Məqalədə nitq texnikalarının elmi əsaslarla təhlili və onların dinləyici üzərində təsiri də öyrənilmişdir.

Açar sözlər: nitq texnikaları, diksiya, intonasiya, artikulyasiya, fonetika, natiqlik

 

 


Baxış: 139