Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/44/57-60

Ülkər Həsənzadə

Naxçıvan Dövlət Universiteti

https://orcid.org/0009-0006-7869-1106

ulker.hasanzade89@gmail.com

 

Naxçıvanda tarixi-mədəni turizm: irsin yaşadılması

 

Xülasə

 

Turizm çoxşaxəli inkişaf istiqamətlərinə malik olan və müasir dövrdə ən çox diqqət cəlb edən sahələrdən biridir. Eyni zamanda, dövlətlərarası münasibətlərin formalaşması və sosial-iqtisadi inkişafa təsir edir.

Sosial-iqtisadi inkişaf, yüksək həyat şəraiti, sabitlik və qəbul edilən Dövlət proqramlarının uğurlu icrası Naxçıvanda bütün sahələrdə olduğu kimi turizmin də inkişafını təmin edib. Naxçıvan Muxtar Respublikası, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmaqla, zəngin tarixi və mədəni irsi ilə turizm baxımından böyük potensiala malikdir. Bölgədə yerləşən abidələr, dini ziyarətgahlar, memarlıq nümunələri və muzeylər Naxçıvanı tarixi-mədəni turizm mərkəzinə çevirir. Naxçıvan tarixi-mədəni turizm baxımından həm yerli, həm də xarici turistlər üçün maraqlı və unikal məkanlardan biridir. Burada keçmişin izlərinin yaxşı qorunaraq bu günə daşınması həm elmi, həm də estetik baxımdan zəngin turizm təcrübəsi təqdim edir.

Açar sözlər: Naxçıvan, turizm, tarix və mədəniyyət abidəsi, Əlincə qalası, Gəmiqaya abidələri

 


Baxış: 72