Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/44/209-214

Fizzə Quliyeva

Naxçıvan Dövlət Universiteti

https://orcid.org/0009-0003-0783-8367

quliyevafize34@gmail.com

 

Naxçıvanın son tunc və erkən dəmir dövrü bəzək əşyalarının

bədii xüsusiyyətləri

 

Xülasə

Naxçıvanın son tunc və erkən dəmir dövrü abidələrindən tapılmış bəzək əşyaları forma və bəzək ünsürlərinin bədii həlli ilə diqqət çəkir. Bəzək əşyalarının tuncdan hazırlanması dövrün çətinliklərinə baxmayaraq, metallurgiya sahəsində əldə olunmuş yüksək nailiyyətlərdən xəbər verir. Tuncun əldə olunması və işlənməsi prosesi olduqca çətin olmasına baxmayaraq, bəzək əşyalarının bədii xüs­siyyətlərinin incəlyi, zərifliyi, zənginliyi metalişləmə sahəsində əldə olunmuş usta ənənələrinin bəhrəsidir. Son tunc və erkən dəmir dövründə bədii metal sahəsində əldə olunmuş uğurlar əvvəlki dövrdə formalaşan sənətkarlıq ənənələri əsasında inkişaf etmiş və özünəməxsus yeni çalarları ilə seçilmişdir. Bu dövrdə tunc bəzək əşyaları həm sayca artmış, həm də bədii cəhətdən yüksək zövqlə hazırlanmışdır. Eynəkşəkilli asma, bilərzik, boyunbağı, üzük və s. dövrün tunc bəzək əşyalarıdır. Tunc eynəkşəkilli asmalar Qızılburun, Kolanı, Sarıdərə nekropollarından tapılmışdır. İlan şəklində qıvrılmış eynəkşəkilli asma, bilərzik və boyunbağılar ilana sitayişlə bağlı olaraq yaradılmışdır.

Əvvəlki dövrlərdə olduğu kimi son tunc və erkən dəmir dövründə də totemist inanclar mövcud olmuşdur. İlanla yanaşı keçi, qoyun, quşa inamla bağlı bir sıra bəzək əşyaları hazırlanmışdır. Metaldan hazırlanmış metal bəzək əşyaları tökmə, yaxud şəbəkəli tökmə, kəsmə, cızma, çərtmə, oyma, şəbəkə üsulu ilə naxışlanmışdır. Bu əşyalar arasında tuncdan hazırlanmış muncuq, zəncir, şəbəkəli toppuz, ayparaşəkilli asqı, spiral və s. vardır. Son tunc və erkən dəmir dövrünün tuncdan hazırlanmış, bədii zənginliyi ilə seçilən metal bəzək əşyalarını bəzəyən ilan, quş totemistik inanclardan qaynaqlanaraq yaradılmışdır və Naxçıvanın qədim tayfalarının metalişləmə sahəsində əldə etdiyi sənət uğurlarıdır.

Açar sözlər: Naxçıvan, metal bəzək əşyaları, son tunc və erkən dəmir dövrü, dekorativ-tətbiqi sənət, ornament, motiv


Baxış: 20