Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/114/68-71

Ülkər Ələkbərova

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

magistrant

https://orcid.org/0009-0008-5741-4825

elekberovaulker9@gmail.com

 

Nazim Bəykişiyevin səhnə tərtibatlarında məkan həlli

 

Xülasə

 

Yüksək erudisiyaya malik olan Nazim Bəykişiyevin teatr tamaşalarına verdiyi səhnəqrafik quruluşlar öz zaman və məkan xüsusiyyətləri ilə seçilir. O, parlaq milli koloritdən istifadə edərək işıq və səhnə texnikasının imkanlarından məharətlə yararlanır. Rəssamın yaratdığı səhnə tərtibatlarında səth, məkan, işıq-ton, rekvizit, faktura və həcm kimi vizual təsir vasitələrinin qarşılıqlı dinamikası xüsusi önəm daşıyır. Nazim Bəykişiyevin səhnə tərtibatları təkcə vizual estetik baxımdan deyil, eyni zamanda obrazların daxili dünyasının açılmasına da xidmət edir. Xüsusilə “Hamlet” və “İblis” tamaşalarında bu yanaşma daha qabarıq şəkildə özünü göstərir. Hər iki tamaşanın səhnə tərtibatı əsərlərin psixoloji və fəlsəfi aspektlərini daha dərin şəkildə ifadə etməklə tamaşaçıya güclü təsir bağışlamış və obrazların daxili ziddiyyətlərini ön plana çıxarmışdır. Həm “Hamlet”, həm də “İblis” tamaşalarında qaranlıq və tünd rəng çalarlarından istifadə olunur. Burada hakimiyyət və güc diktaturasına da diqqət çəkilir və bu mövzu müxtəlif simvolik elementlər vasitəsilə ifadə olunur. Bundan əlavə, tamaşaların vizual üslubu və istifadə olunan rekvizitlər qəhrəmanların daxili mübarizəsini və psixoloji vəziyyətlərini əks etdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, hər iki əsərdə insanın öz taleyi ilə apardığı mübarizə, daxili qarşıdurmalar və mənəvi çöküntü kimi məsələlər qabardılır ki, bu da tamaşaların ideya dərinliyini daha da artırır.

Açar sözlər: Nazim Bəykişiyev, səhnə tərtibatı, məkan həlli, teatr səhnəqrafiyası, “Hamlet”, “İblis”, Azərbaycan teatrı


Baxış: 459