Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/46/146-152

Cavad Əliyev

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

doktorant

https://orcid.org/0009-0006-8505-9256

aliyev.javad@outlook.com

 

Neft-mədən avadanlıqlarında AQPÇ-nin qarşısının alınmasında kimyəvi üsulların tətbiqi və onların effektivliyinin qiymətləndirilməsi

 

Xülasə

 

Təqdim edilən məqalə parafinli neft quyularının qaldırıcı borularında və digər nəql xətlərində ağır karbohidrogenlərin çökməsinin qarşısını almaq üçün laboratoriya sınaqlarından uğurla çıxmış KTD-1 reagentinin elmi araşdırmalarının nəticələrinə həsr edilmişdir. Məqalənin əsas aktuallığı parafinli neft quyularının istismarı zamanı yaranan asfalten, qatran, parafin çöküntülərinə (AQPÇ) qarşı texnoloji mübarizə üsuludur. Parafin çöküntülərinin neftdən ayrılmasında əsas amil temperaturdur. Parafin çökütülərinin kristallaşma temperaturu, neftin  tərkibindən  asılı olaraq 45-55 °C arasında dəyişir. Ağır karbohidrogenlərin qaldırıcı borularda və digər nəql xətlərində çökməsi, laydan yer səthinə və oradan da  qəbul məntəqəsinə  istiqamətlənən mayenin (neftin) hərəkətinə əks hidravlik müqavimət yaradır. Bu isə AQP-nin çökməsi ilə nəticələnir. Bu məqsədlə KTD-1 reagentiı işlənib hazırlanmışdır. Bu texnologiya asfalten, qətran, parafin və digər ağır karbohidrogenli yataqlarda tətbiq oluna bilər. Laboratoriya şəraitində “soyuq barmaqcıqlar” metodu ilə təyin olunmuşdur ki,  bir ton çıxarılan neftə 200 qram hesabı ilə əlavə edildikdə ağır karbohidrogen çöküntülərini 72.5 %-ə qədər azaltmaq mümkündür. Bu reagent ağır karbohidrogenli neftlərin reoloji xüsusiyyətlərinə müsbət təsir göstərməklə,  quyunun süzgəc hissəsində, qaldırıcı boruların  müxtəlif dərinliklərində, eləcə də quyuağzı  atqı xətlərindən  başlayaraq neftin qəbuletmə məntəqəsinə qədər olan yerüstü və yeraltı komunikasiyalarda çökən AQPÇ-nin aradan qaldırılmasını təmin edir. Nəticədə quyunun ritmik işləməsi bərpa edilir, layın neftverimi artır. Bu isə öz növbəsində quyularda təmirlərarası müddəti 2,5 dəfə artıra bilər ki, bu da iqtisadi cəhətdən çox əlverişlidir.

Açar sözlər: parafin, asfalten, qatran, reagent, çöküntü, quyudibi zona, özlülük, depressator


Baxış: 38