DOI: https://doi.org/10.36719/2789-6919/45/245-248
Əlövsət Bağırov
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
texnika üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0002-6112-6443
abaghirov59@gmail.com
Ülvi Abıyev
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
magistrant
https://orcid.org/0009-0008-9178-9196
ulviabiyev002@gmail.com
Neft-qaz yataqlarının lay sularının təmizlənməsi və tərkibindən dəyərli komponentlərin ayrılması üsulları
Xülasə
Məqalə neft-qaz yataqlarının lay sularının təmizlənməsi və tərkibindən dəyərli komponentlərin ayrılması üsullarının təhlilinə həsr olunub. Məsələnin mahiyyəti problemin çox şahəli olması ilə bağlıdır və kompleks xarakter daşıyır. Neft-qaz yataqlarının karbohidrogenlərin hasilatı ilə bərabər lay sularının da yer səthinə qaldırılması ciddi texnoloji, ekoloji və iqtisadi problemlərin yaranmasına səbəb olur.
Ümumilikdə lay sularının utilizasiyası ilə yanaşı həmin suların çirkləndirici komponentlərdən təmizlənərək lay təzyiqinin saxlanması üçün təkrarən laya vurulması, tərkibindəki dəyərli metalların və maddələrin ayrılması, ekoloji mühitin qorunması, suvarma sistemləri üçün yararlı vəziyyətə gətirilməsi kimi məsələlər aktualdır. Karbohidrogen yataqlarından yer səthinə çıxarılan lay suları ciddi ekoloji problemlərə səbəb ola bilər, çünki bu sular çoxlu miqdarda mineral maddələr, duzlar, ağır metallar və üzvi çirkləndiricilər ehtiva edir. Lay sularının təmizlənməsi texnologiyalarının təkmilləşdirilməsi həm ətraf mühitin qorunması, həm də təkrar istifadə məqsədilə suyun keyfiyyətinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir.
Açar sözlər: lay suları, nanomateriallar, iqtisadi səmərəlilik, tullantıların azaldılması, dəyərli elementlər