https://doi.org/10.36719/2789-6919/42/104-108
Ağasəmid İsayev
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
tibb elmləri doktoru
https://orcid.org/0000-0003-2922-6129
agasamed_isayev@mail.ru
Sevinc Sadiqova
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
https://orcid.org/0009-0001-5716-6138
dr.sevincsadigova@gmail.com
İradə Nağıyeva
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
https://orcid.org/0009-0006-5523-210X
iradanagiyeva1978@gmail.com
Salatın Bəxtiyarova
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
https://orcid.org/0009-0000-0298-8057
salatinbaxtiyarova@gmail.com
Neftçala rayonu ərazisində suyun bəzi keyfiyyət göstəricilərinin müqayisəli təhlili
Xülasə
Təqdim olunan məqalə Neftçala rayonu ərazisindən götürülmüş içməli su nümunələrinin orqanoleptik və bəzi kimyəvi göstəricilərinin müəyyənləşdirilməsinə və əldə olunan nəticələrin normativ sənədlərlə müqayisəsinə həsr olunmuşdur. Su nümunələri 5 nöqtədən götürülmüş və V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Gigiyena laboratoriyasına gətirilmişdir.
Su nümunələrinin iyi və dadı dövlət standartlarında təsbit olunmuş qaydalara uyğun olaraq nümunələr götürülən yerdə 5 ballıq şkala ilə müqayisə olunaraq təyin olunmuşdur.
Kimyəvi müayinə zamanı suyun Ph-ı, ümumi codluğu, müvəqqəti codluğu, xlorid ionları və qalıq xlorun miqdarı təyin olunmuşdur.
Tədqiqatın nəticələri göstərdi ki, suyun iyi və dadı, eləcə də kimyəvi göstəriciləri (pH 7,3±0,23-7,8±0,21, ümumi codluq 6,4±0,23-6,8±0,24 mqekv/dm3, müvəqqəti codluq 2,2±0,06-3,0±0,08mqekv/dm3, xlorid ionları 80±3,79-98,0±4,32 mq/dm3, qalıq xlor 0,12-0,18mq/dm3) sanitar qaydalara və normalara uyğundur.
Açar sözlər: su, orqanoleptik xüsusiyyətlər, ümumi codluq, xlorid ionları, qalıq xlor