Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/109/9-13

Asəf Əliyev

Naxçıvan Dövlət Universiteti

riyaziyyat üzrə fəlsəfə doktoru

aliyevasef@ndu.edu.az

Yadulla Həziyev

Naxçıvan Dövlət Universiteti

yadullaheziyev@ndu.edu.az

Səyyad Vəliyev

Naxçıvan Dövlət Universiteti

seyyadeliyev@ndu.edu.az

Şahin Əliyev

Naxçıvan Dövlət Universiteti

sahinaliyev@ndu.edu.az

 

Nəqliyyat dəhlizləri və Azərbaycanın tranzit potensialı

 

Xülasə

Azərbaycanda nəqliyyat növləri üzrə tranzit daşımalarının həyata keçirilməsi iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb etməkdədir. Digər sahələrdə olduğu kimi, nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi istiqamətində də ciddi tədbirlər həyata keçirilməkdədir. Nəzə­rə almaq lazımdır ki, Azərbaycan ərazisindən ̶ Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb kimi bir sıra beynəlxalq nəqliyyat dəhlizləri keçir. Ölkəmizin siyasi sabitliyi və təhlükəsizliyi, o cümlədən bey­nəlxalq miqyasda formalaşmış etibarlı tərəfdaş nüfuzunun olması, yerləşdiyi coğrafi mövqe, digər nəqliyyat dəhlizləri ilə müqayisədə məsafənin qısa, daşıma müddətinin az olması mövcud dəhliz­lərin əsas üstünlüklərindən hesab olunur.

Açar sözlər: beynəlxalq nəqliyyat dəhlizləri, Şərq-Qərb nəqliyyat dəhlizi, Şimal-Cənub nəqliy­yat dəhlizi, logistika, tranzit potensialı, yük daşımaları


Baxış: 202