DOI: https://doi.org/10.36719/2663-4619/115/72-75
İqbal Sadıqlı
Bakı Dövlət Universiteti
doktorant
https://orcid.org/0009-0009-2987-6894
iqbal.sadiqli1@mail.ru
Nəsiminin farsca “divan”ında qrammatik kateqoriya kimi
saylar və onların poetik funksiyası
Xülasə
Bu məqalədə böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin farsca “Divan”ında sayların qrammatik xüsusiyyətləri və onların poetik-fəlsəfi funksiyaları araşdırılır. Məqalənin əsas məqsədi, klassik poeziyada qrammatik kateqoriya olan sayların yalnız dil vahidi kimi deyil, həm də bədii-estetik və semantik baxımdan necə məna daşıyıcısına çevrildiyini göstərməkdir. Araşdırma zamanı "bir", "iki", "üç", "dörd" və "otuz iki" kimi ədədlərin müxtəlif qrammatik funksiyalarda (təyin, xəbər, zərf və s.) çıxış etməklə yanaşı, mistik və fəlsəfi mənaları ifadə edən simvollara çevrildiyi müəyyən olunmuşdur. Nəsimi bu ədədlər vasitəsilə ilahi vəhdət, insan və Tanrı münasibəti, maddi və mənəvi aləm arasındakı əlaqələr, kamillik və həqiqət axtarışı kimi mövzuları poetik şəkildə tərənnüm edir. Sayların qrammatik strukturlarda istifadə formaları təhlil olunmaqla yanaşı, onların poetik ritm, qafiyə və mənalar sistemindəki yeri də işıqlandırılır. Məqalə nəticə etibarilə göstərir ki, Nəsimi saylardan həm qrammatik, həm də bədii vasitə kimi ustalıqla istifadə etmiş, onları dərin məna qatlarına yüksəltmişdir.
Açar sözlər: İmadəddin Nəsimi, Farsca Divan, saylar, qrammatik xüsusiyyətlər, klassik poeziya, poetik