DOI: https://doi.org/10.36719/2663-4619/126/8-14
Zəhra Allahverdiyeva
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-8697-0395
zahra.allahverdiyeva@mail.ru
Nizami davamçısı Xacu Kirmaninin həyat və yaradıcılığı
Xülasə
Dahi Azərbaycan şairi Nizami Gəncəvi sənətinin istedadlı davamçısı Xacu Kirmaninin həyatı və ədəbi irsinin öyrənilməsinin zəngin tarixi vardır. Kirmaninin həyatı və yaradıcılığı haqqında ilkin məlumatları orta əsr təzkirəçiləri vermişlər. Həmdullah Mustafa Qəzvini, Dövlətşah Səmərqəndi, Əlişir Nəvai, Molla Abdünnəbi Fəxr əz-Zəmani Qəznəvi və başqaları Xacu Kirmaninin həyatı və şəxsiyyəti haqqında əhəmiyyətli məlumatlar vardır. Dünya şərqşünaslığında Xacu Kirmaninin həyat və yaradıcılığına dair müxtəlif problemlər ətrafında — Ç.Rye, P.Xammer, F.Erdman, Şefer, Pitsi, E.Braun, A.Krımski, Y.E.Bertels, Y.Ripka, Z.Səfa, M.Moin, Ə.S.Xansari, S.Nəfisi, K.Ayni, S.N.Kirmani, F.Köprülü, N.Sayfiyev, H.Araslı, A.S.Ləvənd, Q.Əliyev, M.Kazımov, M.Məhəmmədi, B.Quliyeva və başqa alimlərin əhəmiyyətli tədqiqatları mövcuddur.
Təqdim olunan məqalədə Əmir Xosrov Dəhləvidən sonra, Nizami Gəncəvi Xəmsəsini XIV əsrdə ikinci olaraq davam etdirən Xacu Kirmaninin həyatı və yaradıcılığı üzərində bəzi məqamlara toxunmuşuq.
Açar sözlər: Xacu Kirmani, Nüsey Kuhi, Təbriz, Hülaku, Kaziruni