https://doi.org/10.36719/2706-6185/43/77-81
Səidə Quliyeva
Bakı Dövlət Universiteti
https://orcid.org/0000-0003-4320-3425
saidaquliyeva@bsu.edu.az
Oğuz rayonunun əhalisinin erməni faşizminə qarşı mübarizəsi
Xülasə
Azərbaycan xalqının erməni millətçilərinin soyqırımı və etnik təmizləmə siyasətinə qarşı mübarizəsi müharibə zonasında və ya cəbhədən uzaqda yaşamasından asılı olmayaraq cəsarət və qəhrəmanlıq nümunəsidir. Tarixi dövrlər, baş verən hadisələr və regionlar üzrə araşdırmalar mübarizə və xalqın birliyini göstərən faktları üzə çıxarır. Bu mövzunu hərtərəfli təhlil etmək üçün Oğuz rayonu əsasında araşdırma aparılmışdır. Məqalədə 1918, 90-cı illər və Vətən müharibəsi (2020) dövründə Oğuz rayonunda baş verən hadisələr təhlil edilmişdir. Araşdırma zamanı mövzu üzrə əsas tədqiqatlar, statistik göstəricilər əsas götürülmüşdür. Oğuz rayonu üzrə tədqiqatın maraqlı xüsusiyyətindən biri ermənilərin kompakt yaşadığı rayon olması, 1918-ci ildə burada yerli əhaliyə qarşı soyqırımları həyata keçirməsidir. 90-cı illərdə Ermənistanın işğalçılıq müharibəsi başlayanda ermənilərin bir hissəsi bu ərazilərdən köçüb getmişdir.
Yekunda Oğuz rayonu əhalisinin mübarizəsinə aid faktlar ümumiləşdirilmişdir. Rayon əhalisi həm işğalçılara qarşı Vətənin müdafiəsində iştirak etmiş, həm də ermənilərin hücumları zamanı bu regiona gələn əhaliyə qayğı ilə yanaşmışdır.
Açar sözlər: Azərbaycan xalqının mübarizəsi, erməni faşizmi, Qarabağ müharibəsi, Oğuz rayonu, Nuxa qəzası