Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/115/348-354

Xəyalə İsmayılova

Azərbaycan Texniki Universiteti

magistrant

https://orcid.org/0009-0001-9130-3132

khayalaismailova.7@gmail.com

Aygün Adilova

Azərbaycan Texniki Universiteti

https://orcid.org/0009-0000-1493-403X

edilovaaygun375@gmail.com

Fərrux Zeynalov

Azərbaycan Texniki Universiteti

https://orcid.org/0009-0001-3349-2940

feruxzeynalov.1997@gmail.com

İlahə Mahmudova

Azərbaycan Texniki Universiteti

https://orcid.org/0009-0008-6764-312X

ilahamehman@gmail.com

Aydan Ağayeva

Azərbaycan Texniki Universiteti

https://orcid.org/0009-0005-7522-6324

aydannagaayeva2002@gmail.com

 

Optik siqnal gücünün artırılması üçün gücləndirici

texnologiyaların tətbiqi

 

Xülasə

 

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədar olaraq, genişzolaqlı və yüksək sürətli məlumat ötürmə sistemlərinə olan tələbat durmadan artır. Bu ehtiyacları qarşılamaq üçün ən etibarlı və effektiv həll yollarından biri optik lifli kommunikasiya sistemlərinin tətbiqidir. Optik liflər vasitəsilə siqnal ötürülməsi, yüksək bant genişliyi, aşağı zəifləmə və elektromaqnit təsirlərinə qarşı davamlılıq baxımından ən müasir texnologiyalardan sayılır.

Lakin, məsafə artdıqca optik siqnalların zəifləməsi müşahidə olunur ki, bu da ötürmənin keyfiyyətini və məsafəsini məhdudlaşdırır. Siqnalın belə zəifləməsinin qarşısını almaq və uzun məsafəli ötürmə zamanı keyfiyyətin qorunub saxlanılması üçün müxtəlif optik gücləndirici texnologiyalar tətbiq olunur. Bu texnologiyalar siqnalın elektrik formasına çevrilmədən, birbaşa optik formda gücləndirilməsinə imkan verir və bununla da sistemin ümumi məhsuldarlığını artırır.

Bu məqalədə əsas məqsəd, optik siqnal gücünün artırılması üçün istifadə olunan gücləndirici texnologiyaların növlərini, onların iş prinsipini və tətbiq sahələrini araşdırmaqdan ibarətdir. Xüsusilə EDFA (Erbiyum qatqılı lif gücləndiriciləri), RAMAN gücləndiriciləri, və SOA (yarımkeçirici optik gücləndiricilər) kimi qabaqcıl texnologiyaların üstünlükləri və məhdudiyyətləri təhlil ediləcəkdir.

Açar sözlər: optik siqnal gücü, optik gücləndirici, EDFA (Erbium Doped Fiber Amplifier), RAMAN gücləndiriciləri, SOA (Semiconductor Optical Amplifier

 


Baxış: 402