Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Ordubad bölgəsinin bədii tikmə sənəti: tarixi-mədəni kontekst və spesifik xüsusiyyətləri

 

Fəridə Əlizadə

 

Xülasə. Məqalədə Azərbaycanın qədim sənətkarlıq mərkəzlərindən olan Ordubadda bədii tikmə sənətinin tarixi və mədəni təkamül xüsusiyyətləri tədqiq olunur. İşdə vurğulanır ki, bölgədə bu sənət sahəsinin yüksək inkişaf səviyyəsinə çatması təsadüfi xarakter daşımayıb, Böyük İpək Yolu üzərində yerləşən regionun güclü ipəkçilik, boyaqçılıq və dərzilik infrastrukturu ilə kompleks şəkildə bağlı olmuşdur. Məqalədə Ordubad ustalarının tətbiq etdiyi əsas bədii texnikalar — güləbətin (qızılı tikmə), təkəlduz (zəncirvari), muncuqlu və sırıma tikmə üsulları sənətşünaslıq baxımından təhlil edilir. Eyni zamanda, bu tikmələrin ənənəvi qadın geyimlərində (küləçə, arxalıq, araqçın) və ev məişət əşyalarında tətbiq dairəsi araşdırılır. Tədqiqatda ornamental sistemin vizual dilinə, xüsusilə regional xarakter daşıyan unikal “Ordubad butası” və “nar çiçəyi” motivlərinin semantik köklərinə xüsusi diqqət yetirilir, onların qədim türk mifoloji təfəkkürü ilə əlaqəsi izlənilir. Sonda bu qədim naxışların müasir etno-dizayn və moda sənayesinə inteqrasiyası perspektivləri qiymətləndirilir.

 

Açar sözlər: Ordubad tikməsi, ipəkçilik, güləbətin, təkəlduz, Ordubad butası, Azərbaycan dekorativ-tətbiqi sənəti, milli geyim

 


Baxış: 45