Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Ordubad tətbiqi sənət məmulatlarında ornamental motivlərin semantik qatı və simvolizmi

 

Fəridə Əlizadə Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. Müasir sənətşünaslıq elmində regional sənətkarlıq məktəblərinin fərqli bədii dillərinin, vizual kodlarının və lokal spesifikasının araşdırılması xüsusi elmi aktuallıq kəsb edir. Naxçıvan bədii arealının ən qədim və orijinal qollarından birini təşkil edən Ordubad lokal məktəbi özünəməxsus coğrafi, tarixi və sosial-iqtisadi mühiti sayəsində fərqli texnoloji və formal-stilistik bədii sistem yaratmağa nail olmuşdur. Məqalədə Azərbaycan xalq sənətinin mühüm ocaqlarından olan Ordubad bölgəsinin dekorativ-tətbiqi sənət nümunələrindəki naxış və ornament sistemi tədqiq olunur. Tədqiqat zamanı bölgənin misgərlik, daşoyma, xalçaçılıq və bədii tikmə məmulatlarında rast gəlinən həndəsi, nəbati və zoomorf motivlərin gizli semantik qatları, rəmzi mənaları və arxetipləri sənətşünaslıq müstəvisində təhlil edilmişdir. Ornamentlərin qədim türk mifologiyası, kosmoqonik təsəvvürlər və İslam fəlsəfəsi ilə bağlılığı işıqlandırılmış, "Ordubad butası" və su-atəş kultlarının vizual təzahürləri müəyyənləşdirilmişdir. Türk-İslam mifik təfəkküründə və ümumi Şərq ornament sənətində ən fundamental həndəsi rəmzlərdən sayılan "Səkkizbucaqlı ulduz" (Süleyman möhürü) arxetipi Ordubad şəbəkə məktəbində xüsusi plastik çəkiyə malikdir. Ordubad şəbəkələrində istifadə olunan rəng palitrası xüsusi bədii qanunauyğunluqlar əsasında seçilir.

 

Açar sözlər: Ordubad, ornament, semantika, simvolizm, buta, kosmoqoniya, zoomorf motivlər, Azərbaycan xalq sənəti

 


Baxış: 2