DOI: https://doi.org/10.36719/2789-6919/47/37-40
Lalə Məmmədova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
https://orcid.org/0009-0004-0683-7191
lale_memmedova95@bk.ru
Öyrənmə çətinliyi olan uşaqların təlimində müasir yanaşmalar
Xülasə
Öyrənmə çətinliyi olan uşaqlar, oxuma, yazma, riyazi əməliyyatlar və ya qavrama kimi sahələrdə yaşıdlarına nisbətən daha çox çətinliklə üzləşən fərdlərdir. Bu vəziyyət bir xəstəlik deyil, ömür boyu davam edən nevrobioloji əsaslı bir pozuntudur və zehni geriliklə eyniləşdirilməməlidir. Belə uşaqlar üçün təlim məqsədləri onların fərdi ehtiyaclarına uyğun şəkildə planlaşdırılmalı, inkişaf səviyyələri nəzərə alınaraq, bacarıq və biliklərini genişləndirməyə yönəlmiş konkret hədəfləri əhatə etməlidir. Onların tədris prosesi isə uşağın xüsusi güclü və zəif cəhətləri əsasında formalaşdırılmalıdır. Öyrənmə çətinliyi yaşayan uşaqlar üçün təlim məqsədləri hazırlanarkən onların fərdi ehtiyac və bacarıqları diqqətə alınmalı, uyğun və real hədəflər müəyyən edilməlidir. Bu uşaqlar, yaşıdları kimi eyni sürətdə və ya üsullarla öyrənməyə bilərlər. Uşağın xüsusi öyrənmə çətinliyinin olması, onun heç nə öyrənə bilməyəcəyi anlamına gəlmir. Müəllimlər, valideynlər və mütəxəssislər tərəfindən vaxtında müəyyən edilən və diaqnoz qoyulan bu vəziyyət, uşağın güclü və zəif tərəflərinə uyğun tədris proqramlarının tətbiqi və mənəvi dəstək göstərilməsi ilə onların həyatını asanlaşdırır və daha böyük nailiyyətlər əldə etmələrinə şərait yaradır.
Açar sözlər: öyrənmə, oxu-yazı, tədris, yanaşma, psixopedaqoji dəstək