Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/42/17-21

Nuralı Çələbiyev

ADPU-nun Şəki filialı

pedaqogika üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-0684-8876

n_chelebiyev@mail.ru

 

Öyrənməyə qabillik təlim prosesində idrak fəallığı və mənimsəmənin psixoloji şərti kimi

 

Xülasə

Müasir dövrdə təlim problemi, təhsilalanların mənimsəmə səviyyəsinin yüksəldilməsi təhsilin aktual problemlərindən biri kimi geniş müzakirə mövzusudur. Bu mənada təhsil, onun vacib kompo­nentlərindən biri olan təlim və onun keyfiyyətini yüksəltmək yalnız nəzəri deyil, həm də tətbiqi problem kimi diqqəti cəlb edir. Təlim pedaqoqun uşaqlarla müxtəlif səviyyəli məlumatların mənim­sənilməsinə, əqli güc və bacarıqların formalaşdırılmasına, idrak fəaliyyətinə qarşı müsbət müna­sibətin yaradılmasına yönələn qarşılıqlı təsir prosesidir.

Təqdim olunan bu məqalədə təlim prosesində öyrənmə və tədrisin, motivləşmənin bilik, bacarıq və vərdişlərin mənimsənilməsində rolu, bu prosesdə xüsusi əhəmiyyət kəsb edən öyrənməyə qabillik probleminin psixoloji mahiyyəti araşdırılır, onun təlimdə idrak fəallığı və mənimsəmənin vacib psixoloji şərti olmasından bəhs olunur.

Beləliklə, belə nəticəyə gəlmək olar ki, idrak fəallığı bioloji (irsiyyət, psixi proseslərin üstün xüsusiyyətləri) və sosial (ətraf aləmin dərk edilmə şəraiti, qazanılmış bilik və bacarıqlar, maraqlar, şəxsiyyətin sosiallaşma şəraiti və s.) təbiətə malik mürəkkəb psixoloji fenomendir. Əqli inkişafı və idrak fəallığını yalnız inkişafetdirici xarakter daşıyan sistemli və məqsədyönlü təlim təmin edə bilər.

Açar sözlər: öyrənmə, tədris, mənimsəmə, idrak fəallığı, öyrənmə motivasiyası


Baxış: 51