DOI: https://doi.org/10.36719/2789-6919/46/77-81
Bekjon Qurbonov
Qarşi Dövlət Universiteti
doktorant
https://orcid.org/0000-0003-4555-6937
bekjon.qurbonov@gmail.com
Özbəkistan Müsəlmanları İdarəsinin fəaliyyəti: dini sahədə kadr hazırlığının tarixi inkişafı mərhələləri
Xülasə
Məqalədə İkinci Dünya Müharibəsindən sonra Özbəkistanda dini təhsilin canlanması və SSRİ-nin din siyasətinin əsas istiqamətləri təhlil edilir. Burada dini təhsil müəssisələrinin yaradılması, din xadimlərinin hazırlanması istiqamətində hansı tədbirlərin görüldüyü göstərilir. Mərkəzi Asiya və Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin (SADUM) həyata keçirdiyi tədbirlərə xüsusi diqqət yetirilir. Müəllif belə bir nəticəyə gəlir: sovet quruluşunun təzyiq və gərginliyinə baxmayaraq, SADUM müftiləri dini təhsil müəssisələrinin maarifləndirici fəaliyyətinin təşkilində fəal iştirak edirdilər.
Açar sözlər: Mir Ərəb və Baraxan mədrəsəsi, Daşkənd İslam İnstitutu, dini təhsil sistemi, Şeyx Eşon Babaxan, Özbəkistanda İslam