Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/113/253-261

Səadət Əhmədova

“Yeni klinika” tibb müəssisəsi

https://orcid.org/0009-0004-9271-2300

saadetahmadova@gmail.com

 

Papillon Lefevre sindromu

 

Xülasə

Papillon-Lefevre sindromu (PLS) palmoplantar hiperkeratoz və ağır erkən başlanğıc periodontit ilə xarakterizə olunan genetik irsi xəstəlikdir. Süt dişlərinin çıxması zamanı ağız boşluğunun simp­tomları özünü göstərməyə başlayır.

Tədqiqat işində erkən müdaxilə və düzgün müalicə ilə vəziyyətin yaxşılaşdırıldığı göstərilmişdir. PLS-nin patogenezi dəqiq müəyyən edilmiş və mikrobioloji, immunoloji və genetik faktorlarla əlaqə-ləndirilmişdir. Bu keys tədqiqatı 2 il əvvəl Bakı şəhərində yerləşən “Yeni klinika” tibb müəssisəsinə Naxçıvan şəhərindən olan valideynin müraciəti əsasında onun iki qızının – protokol nömrəsi  P2025728340 olan 4 yaşlı N adlı və protokol nömrəsi P2025733304 olan 7 yaşlı D adlı iki xəstənin müalicəsinin araşdırılmasından bəhs edir. Müalicə üçün müraciət etdikləri zaman uşaqların dişləri tökülmüş, əl-ayaqlarında qabıqlanma (hiperkeratoz) baş vermiş, hər iki uşağın ağzında protez dişlər olmuşdur. Habelə, uşaqların fiziki inkişafları normal getmiş, boyları və çəkiləri qaydasında olmuşdur. Lakin protezlər uşaq stomatoloqu tərəfindən deyil, yetkin yaşlı şəxslər üçün nəzərdə tutulmuş stomatoloq tərəfindən hazırlanmışdır.

Xəstələr qanın ümumi analizi, daxili orqanların ultrasəs müayinəsi, C reaktiv zülal, periferik qan yaxması kimi müayinələrdən keçdikdən sonra digər problemlər aşkar olunmadığına görə genetik analiz məsləhət görülmüşdür. Öncə ailə bu analizə razılıq verməsə də daha sonra ümumi razılığa gəlinmiş və genetik analiz həyata keçirilmişdir. Analiz nəticəsində Papillon-Lefevre sindromu diaq­nozu qoyulmuşdur.

Xəstələrə altı aydan bir hərtərəfli müayinə məsləhət görülmüşdür. Hazırda uşaqların fiziki və əqli inkişafları normaldır. Əl və ayaqlarında hiperkeratoz azalmışdır. Çənədə müəyyən qüsurların baş verməməsi üçün dişlərindəki protezlərin dəyişdirilməsi məqsədilə xəstələr uşaq stomatoloquna məsləhət görülmüşdür. Stomatoloq tərəfindən periodontit və digər diş problemləri ilə mütəmadi olaraq məşğul olunur.

Tətbiq edilən periodontal müalicənin xəstə uşaqların vəziyyətini nəzərəçarpacaq dərəcədə yaxşılığa doğru dəyişdirməsi qənaətinə gəlinmişdir.

Açar sözlər: Papillon-Lefevre sindromu, Palmoplantar, Katepsin C, Periodontit,  Hiperkeratoz


Baxış: 305